t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » QƏSDİMİZƏ DURAN dəm qazı kabusu: - Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin

QƏSDİMİZƏ DURAN dəm qazı kabusu: - Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin

25-02-2021, 10:13 Yazar:  Samir Baxılıb: 132 Çap et
QƏSDİMİZƏ DURAN dəm qazı kabusu: - Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin
Az qala hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il qış mövsümündə xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir. Dəm qazından boğulub dünyasını dəyişənlərin ayrıca statistikası aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda yayılan xəbərlər də təsdiqləyir. Daha 5 nəfər iki gün əvvəl dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan dəm qazından boğulmaların səbəbini araşdırıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dəm qazından zəhərlənmə ilə bağlı 42 müraciət olub. Onlardan 36-sı xəstəxanaya qəbul edilib:

"Fevral ayında bu günədək 16 müraciət daxil olub. Onlardan 12 nəfər xəstəxanaya qəbul olub. Həmin şəxslər arasında iki azyaşlı da var. Amma dəm qazından zəhərlənmə ilə bağlı bizə müraciət edənlər arasında ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dəm qazından boğulmalara daha çox hamam otaqlarında rast gəlinir. Amma şöbə müdiri mənzillərdə də dəm qazı zəhərlənmələrinə rast gəlindiyini söyləyir. A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə bağlı zəhərlənmələrə səbəb qaz cihazının təmiz havaya çıxışı olmamasıdır:

"Dəm qazı o zaman yaranır ki, qaz yanarkən ayrılan tüstünü içəri verir. İnsan yuxulu vəziyyətdə olanda dəm qazını qətiyyən hiss etmir. Ona görə də harada qazla cihaz işləyirsə, mütləq nəzarət altında olmalıdır. Əgər hamamda qaz cihazı varsa, nəfəslik mütləq açıq olmalıdır. Su qızdırıcı cihazlar hamam otağında quraşdırılmamalıdır. Hamamda nəfəslik olmalıdır".
A.Maqsudov bildirir ki, dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır: "Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə, dərhal yorğana bükülməlidir. Çünki həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış aylarında dəm qazından boğulmalarda bütün məsuliyyət vətəndaşların üzərinə atılsa da, bu, yanlışdır:

"Düzdür, insanlar qazdan təhlükəsiz istfadəyə etinasızlıq edirlər. Amma vətəndaşların qazla işləyən cihazlarına texniki baxış keçirilməlidir. Nəzərə almaq lazımdır ki, soyuq günlərdə qazdan istifadə artır. Cihazda yanma prosesi düzgün getmədiyi zaman isə dəm qazı yaranma riski böyükdür. Qaz yandıqda dəm qazı ayrılır. Dəm qazı bayıra xaric olmadığından evdə insanı zəhərləyir. Dəm qazının bayıra xaric olması üçün mütləq boru xəttinin keçdiyi tüstü bacaları təmiz olmalıdır".
N.İbrahimovun sözlərinə görə, dəm qazından boğulmaların əsasən hamamda baş vermə səbəbi qazla işləyən cihazların hamama qoyulmasıdır: "1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Çox vətəndaşlar kombini qutuların içinə qoyurlar. Dəfələrlə maarifləndirmə apararaq bildirmişik ki, qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur".

Həmsöhbətimiz deyir ki, yaşayış binalarında sovet dövründə tüstü bacalarını Daxili İşlər Nazirliyinin nəzdindəki yanğından mühafizə könüllü cəmiyyət təmizləyirmiş:

"Sonra bu səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı Mənzil İstismar Departamentinə verildi. İndi isə bu işlə hansı qurum məşğul olur, bilinmir".
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, artıq tüstü bacalarının təmizlənməsinə MİS-lər baxmır: "Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir. Bunun üçün özəl xidmət qurumları fəaliyyət göstərir. Mənzil İstismar Sahələri vətəndaşları o şirkətlərlə əlaqələndirə bilər".

Apardığımız araşdırma zamanı tüstü bacalarının təmizlənməsi ilə məşğul olan özəl şirkətlərlə əlaqə saxladıq. "Fire Alarm" şirkətindən bildirdilər ki, bu xidmətin qiyməti binaya yerində baxış keçirildikdən sonra müştəriyə deyilir: "Tüstü bacalarının təmizlənmə qiyməti binanın mərtəbəsindən, mənzilin hansı mərtəbədə yerləşməsindən və tüstü bacalarının qonşuların bacası ilə əlaqəsi olub-olmamasından asılıdır. Yerində baxış üçün qiymət 20 manatdan başlayır. Əgər bacanın qonşularla əlaqəsi varsa, digər qonşular da tüstü bacasını təmizlətməlidir. Bunun qiyməti isə mənzillərin sayı, tüstü bacasına qoşulmalara görə dəyişir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az