t s

» » Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib

Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib

23-02-2021, 13:40 Yazar:  Samir Baxılıb: 30 Çap et
Hava ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib
Fevralın 23-ü günün ikinci yarısından 24-ü axşam saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarləq göndərilib.

Bu barədə Report"a ASCO-dan məlumat verilib.

Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki:

- gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun

- həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar

- fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:00 “Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra... Azərbaycanda dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilən infrastruktur layihələri arasında dəmiryollarının yenidən qurulması, yeni xətlərin çəkilməsi son illərdə önəmli yer tutmağa başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
22:38 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qapalı korrupsiya Məlum olduğu kimi, 2013-cil oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Elə eyni vaxtda Xəzər Dəniz Gəmiçiliyinin rəisi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az