t s

» » Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır

Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır

23-02-2021, 13:32 Yazar:  Samir Baxılıb: 32 Çap et
Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır
Deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metropolitenin fəaliyyətinin bərpası məsələsi və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.

Mediaxeberleri.Az
-ın məlumatına əsasən, millət vəkili qeyd edib ki, yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi mərhələli şəkildə, getdikcə yumşaldılır.

Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluq problemidir.

Deputatın fikrincə, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir.

“Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn vətəndaş işə gəlmək üçün “Neftçilər” deyilən ərazidən “Elmlər Akademiyası” tərəfə gəlmək üçün iki saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq”, - deyə J.Əhmədova əlavə edib.

O, son zamanlar baş verən intiharlar barədə də danışıb:

“Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu, yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediaya bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:13 “Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…” Azərbaycan başqa bir qalaktikadır. Çünki dünyada baş verən proseslərlə bizim cəmiyyətimizdə baş verən proseslər qətiyyən uzlaşmır. Biz bir-çox fəaliyyət spektirimizdə orjinal və anoloqsuzuq. Götürək elə idarəetmə sistemini. Dünyanın istənilən ölkəsində dövlət qurumlarının ümumi inkişafda konkret
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
20:55 İntiharların əsl səbəbləri və çıxış yolları - TƏHLİL Dünyada intihar hadisələrinin sayında artım və intihar yaşının cavanlaşması tendensiyası müşahidə olunmaqdadır. Dünyada hər 40 saniyədə bir insan intihar edir, hər il bu rəqəmdən 13 dəfə çox isə intihara cəhd olur. Hər 13 intihar cəhdindən 12-si uğursuz, biri isə ölümlə nəticələnir. İntihara cəhd
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
17:23 Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMA Cəmiyyətimizin psixoloji mənzərəsi nədir, nazirliklər hansı işləri görür? Son günlərdə ölkədə intiharlarla bağlı statistikada yenə artım nəzərə çarpır. Az qala elə gün olmur ki, kimsə özünü öldürməsin. İntihara əl atan şəxslərin yaş həddinə baxdıqda, mənzərənin təhlükəli olduğu görünür. 20-li

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az