Rayonlarda bir kiloqramı 6-7 manata təklif olunan dana əti paytaxtda 11-12 manata satılır. Maraqlıdır, bu qədər fərq niyə yaranır?
Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər.
Mediaxeberleri.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bərdənin pərakəndə ət bazarında mal əti 6-8, quzu əti isə 9-10 manatdır.
Satıcıların sözlərinə görə, ümumiyyətlə son 4 ayda ət ucuzlaşmaqda davam edir. Hələ bundan sonra da ucuzlaşmanın olacağı istisna edilmir.
Rayonlardan fərqli olaraq paytaxtda ət ucuzlaşmayıb. Bakıda mal ətinin qiyməti hələ də 11-12 manat arasında dəyişir.
Satıcılar paytaxtda ətin ucuzlaşmamasını müxtəlif səbəblərlə izah edirlər.
Satıcılar bu gedişlə hələ paytaxda ətin bir az da bahalaşacağını deyirlər. Buna səbəb son günlər benzinin və yemin qiymətinin artmasıdır. Xüsusilə də hazırda rayondan Bakıya mal gətirmə xərcləri bir qədər artıb.
20:39 Rəqabətə girib dana ətini 9 manata endirdilər - Bakıda - VİDEOƏksər yerlərdə 10 manat 50 qəpik -11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir. Bu gün həmin qəssabxanalarda olduq və qiymətin ucuzlaşmasının səbəbini soruşduq. Sən demə, qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub.
23:00 Azərbaycanda benzinin qiyməti bahalaşdı - Rəsmi səbəbRespublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. SOCAR-dan Report-a verilən məlumata görə, bunun səbəbi
10:59 Ətin qiyməti toyları “vurdu”Şadlıq evləri bu cür davam edərsə, qiymətləri artıracaqlarını deyirlər Ölkədə dana əti 12 manat, qoyun əti isə 12 manat 50 qəpik olub. Bu isə toy etmək istəyənlərin sayının azalmasına səbəb olub. Əvvəllər hər gün bir neçə toy dəvətnaməsi gəlirdisə, şadlıq evlərinin qarşısından toy karvanına görə
14:02 Qiymət ucuzluğu görmək mümkün olmadı - Bayram günüArtıq bayram günü də çatdı. Təəssüf ki, bayramın gəlişi heç çoxunu sevindirmədi. Bu isə sözsüz ki, ölkədə baş verən iqtisadi proseslərin nəticəsi kimi qiymətləndirilir. Demək olar ki, 2015-ci ilə qədəm qoyandan bəri iqtisadi problemlər günü-gündən artmağa başladı. Dolların bahalaşması ölkə
Öz şərhini bildir: