t s

» » Ermənistan ordusunda reformlar: nəyə hazırlaşırlar?

Ermənistan ordusunda reformlar: nəyə hazırlaşırlar?

23-02-2021, 09:17 Yazar:  Samir Baxılıb: 44 Çap et
Ermənistan ordusunda reformlar: nəyə hazırlaşırlar?
Ermənistan ordusunda müharibədən sonra təhlillərin aparılması və reformlar gözlənilən idi. Təbii ki, Azərbaycan Ordusunda da bu gün reformlar getməlidir və gedir. Düşmənin bizi öyrəndiyi kimi, biz də düşməni öyrənməli, ordumuzun üstünlüyünü daim qorumalıyıq.

Bu sözləri Mediaxeberleri.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanın Qarabağdakı müharibədən sonra erməni ordusunda Rusiyanın reformlar apardığı haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, Arutyunyan islahat işlərində əsas səylərin idarəetmə sisteminin inkişafına, kəşfiyyat, radioelektoron mübarizəyə, hava hücumundan müdafiəyə, pilotsuz aviasiyaya, raket qoşunlarına və artilleriyaya yönəldiləcəyini bildirib:

“Ümumiyyətlə, bizdə erməni ordusunda PUA-nın olmaması kimi yanlış düşüncə var. Əslində isə Ermənistan ordusunda da PUA-lar vardı. Məsələ ondadır ki, düşmən arsenalındakı PUA-lar zərbə PUA-ları deyil, kiçik kəşfiyyat dronlarıdır.

Azərbaycan Ordusunun arsenalında isə “Bayraqdar”, “Harop” kimi son texnologiya ilə hazırlanmış modern PUA-lar var.

Buna görə də ermənilərin orduda islahatlar aparması məntiqlidir. Ancaq bu islahatların iki ölkə arasındakı ordu fərqini aradan qaldıracağını düşünmürəm. Çünki Ermənistan ordusunun hazırda apardığı islahatlar Rusiyanın verdiyi hərbi kreditlər əsasındadır və daha çox rus silahlarına əsaslanır. Azərbaycan isə öz maliyyə gücü ilə ordusunu modernləşdirib, silahları da bir dövlətə bağlı deyil. Yəni iki ordu arasındakı texniki və texnoloji fərq böyükdür”.

Polkovnik onu da qeyd edib ki, müharibədən sonra Azərbaycan Ordusunda da islahatlar davam edir:

“Bu gün Ermənistan ordusunda aparılan reformlar ordunun əsasən çatışmazlığı, zəifliyi və Azərbaycan Ordusunun üstünlükləri əsasındadır. Azərbaycan Ordusunda isə islahatın istiqaməti və hədəfi daha modern silahların alınması, dünyanın ən güclü orduları sırasında olmaqdır. Ordumuz təkmilləşir, inkişaf edir. Çünki müharibə riski hər zaman var”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
23:00 "Xınalıq”, “Keşikçidağ” və “Atəşgah məbədi” ilə bağlı QƏRAR VERİLDİ Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
22:42 Qarabağ qansız da geri alına bilər – kamikadze-dronlar, “ağıllı” raketlər… Bakı hərbi strategiyasını cilalayır; Amerikanın nüfuzlu nəşri: “Qarabağda yeni müharibə daha çox dron müharibəsi olacaq…” Azərbaycanın qardaş Türkiyədən pilotsuz zərbə aparatları (PUA) alacağı təsdiqlənib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu barədə CBC-yə verdiyi müsahibədə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az