t s

» » DÜNYA TƏHLÜKƏDƏ: Koronavirus özüylə yeni bəla gətirir?

DÜNYA TƏHLÜKƏDƏ: Koronavirus özüylə yeni bəla gətirir?

23-02-2021, 08:46 Yazar:  Samir Baxılıb: 81 Çap et
DÜNYA TƏHLÜKƏDƏ: Koronavirus özüylə yeni bəla gətirir?
Hindistanın tibb müəssisələrinə koronavirusla əlaqədar psixoloji problemləri yarandığına görə müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Bu səbəbdən onlara kömək edə biləcək mütəxəssislərin hazırlanmasına başlanıb.

Bu barədə Mərkəzi Psixiatriya İnstitutunun direktoru Basudeb Das The Hindu-ya müsahibəsində deyib.

Hindistan koronavirusa yoluxanların sayına görə dünyada ikinci pilləni tutur. Son məlumatlara görə, ölkədə 10.9 milyon COVID-19-a yoluxma faktı qeydə alınıb. Bunlardan 10.6 milyon insan sağala bilib. 139 min nəfər müalicə alır, 156 min nəfər isə koronavirus və yanaşı xəstəliklərdən dünyasını dəyişib.


"Hazırda yeni tip koronavirusun öhdəsindən gəlməyə çalışırıq. Ancaq biz COVID-19-un psixi sağlamlığa təsiri nəticəsində yaranacaq yeni pandemiyaya hazırlıqlı olmalıyıq. Bu halların müalicəsi hətta vaksinasiya bitdikdən sonra bir neçə il davam edə bilər", - Das söyləyib.

O qeyd edib ki, depressiya, narahatlıq, posttravmatik stress, dost və qohumların vəfatı səbəbilə yaranan psixoloji travmalar hər 10 xəstədən 2-də müşahidə olunur. Das deyir ki, bu cür insanların müalicəsi üçün son bir neçə ay ərzində İnstitutda 175 mütəxəssis hazırlanıb.

"Həm uzunmüddətli, həm də qısamüddətli həllər barədə düşünməliyik", - deyən həkim vurğulayıb ki, həm həkimləri, həm də xəstəxana heyətini bütünlükdə yeni problemə hazırlamaq gərəkdir.Publika.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az