t s

» » “Döyüşdə yaralanıb, rütubətli daxmada ac canıyla mücadilədədir” - GİLEY

“Döyüşdə yaralanıb, rütubətli daxmada ac canıyla mücadilədədir” - GİLEY

23-02-2021, 08:34 Yazar:  Samir Baxılıb: 45 Çap et
“Döyüşdə yaralanıb, rütubətli daxmada ac canıyla mücadilədədir” - GİLEY
"Övladımın halını gördükcə ürəyim param-parça olur. Üstəlik, maddi imkansızlıq üzündən əziyyət çətinlik çəkirik. Oğlum döyüşdə ağır yaralanıb, bircə əməliyyatını dövlət edib. Hospitaldan evə buraxılandan bütün əziyyəti, xərci mənim üstümdədir. Qapısını döydüyüm qurumlar da oğluma kömək etmədi”.

Bunu Meydan TV-yə Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini Maygül Məmmədova deyir. Maygül xanımın 19 yaşlı oğlu Yusif Məmmədov Cəlilabadda həqiqi hərbi xidmətdə olarkən, İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən Murovdağa döyüşə göndərilib. 3 gün sonra – sentyabrın 30-da onurğasından qəlpə yaraları alıb. Əvvəl Gəncədəki, sonra Bakıdakı Hərbi Hospitala götürülüb. Əməliyyat olunandan sonra evə buraxılıb. Aylardır ki, yarımcan vəziyyətdə olan gənc çox şəraitsiz, rütubətli bir otaqda həyatla mücadilə edir.

Ananın deməsinə görə, o gündən Yusifin sonrakı taleyi ilə maraqlanan olmayıb: "Yusif belindən qəlpə yaraları alıb, yerimə qabiliyyətini itirib, qucağımızda daşıyırıq. Bununla belə, onu Hərbi Hospitaldan 1 aylıq məzuniyyətə buraxıblar, ordudan tərxis etməyiblər. Deyiblər, 1 aydan sonra hospitala qaytarılmalıdır, əlillik üçün sənədləri hazırlanmalıdır. Özünü fiziki idarə edə bilmədiyi üçün yəqin ki, 1-ci qrup əlillik təyin olunacaq. Hazırda müalicəsiylə, qidalanmasıyla təkbaşına məşğul oluram, heç bir qurumdan kömək yoxdur. Həyat yoldaşımı çoxdan itirmişəm, Yusifdən başqa daha üç övladım var. Qızlarım ailəlidir, digər oğlum isə Yusifdən kiçikdir, orda-burda fəhləlik edir, qəpik-quruş qazanır, çörəyimizi alır... Bütün bu çətinliklərə baxmayaraq, Yusifi dindirəndə deyir, ana, döyüşdyüm üçün peşman deyiləm, Vətən sağ olsun. Deyir, ana, heç kimin qapısına getmə, heç kimdən yardım istəmə, mən ona görə döyüşməmişəm ki, mənə görə kimdənsə kömək istəyəsən...”

Yusifin onurğasında əməliyyat aparılıb, çanaq orqanları funksiyasını itirib: "Tamamilə yeriyə bilmir. Çarpayıdan qucağımda götürüb tualetə aparıram... Özüm çimizdirirəm. Göyçay Rayon İcra Hakimiyyətinə gedirdim, başçının qəbuluna düşmək istəyirdim, deyirdilər, icra başçısı Mehdi Səlimzadə heç kimi qəbul eləmir. Deyirdim, axı, bu uşaq döyüşüb, üstümə yarımcan gəlib, niyə bir dəfə qapını açıb vəziyyətiylə maraqlanmırsız? Gəlin bircə gün onun yatdığı otaqda qalın, görüm o nəmişliyə, havasızlığa davam gətirərsizmi? Torpaq döşəmənin üstündə gəzə bilərsizmi? Dam örtüyü dağılmış evin içinə yağan yağış sularına dözə bilərsizmi? Niyə soruşmursuz ki, yaralanıb evə buraxılandan sonra bu uşağın vəziyyəti necə oldu, öldü, qaldı? Dedilər: "Narahat olma, get evə, prezident özü nə lazımdırsa, edəcək”. Axırda götürüb İlham Əliyevə yazdım, laqeyd münasibətdən gileyləndim, bir də baxdım ki, başçı gəlib, qapıdadır. Rayonun bir neçə məmuruyla, bələdiyyə sədri ilə gəlmişdi. Dedim, yəqin uşağa köməyə gəliblər, bəlkə yarımçıq qalan evin tikintisinin başa çatdırılmasına göstəriş verəcək, eləcə, "sağ ol ki, bizim üçün döyüşmüsən” deyib, getdilər. Bircə arada icra nümayəndəsi ərzaq gətirir, başqa heç bir məmurdan köməklik görməmişik”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, fevralın 11-də Mehdi Səlimzadə İkinci Qarabağ Savaşında yaralanmış əsgər Yusif Məmmədovun yaşadığı ünvanda olub, ona baş çəkib, problemlərilə maraqlanıb. Qurumdan bildirilib ki, bundan əvvəl də icra başçısı bir neçə qazi ailəsində olub.

Yazı dərcə hazırlanarkən Maygül Məmmədova Meydan TV ilə əlaqə saxlayaraq bildirib ki, Yusif hərbi xidmətə getməmişdən əvvəl qardaşıyla birlikdə yalnız hörgü işlərini apara bildiyi evin bir otağına köçürülüb. Həmin otaq ayrı-ayrı adamların köməkliyi ilə düzəldilib. Ana Meydan TV vasitəsilə də həmin şəxslərə təşəkkürünü çatdırmaq istəyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az