t s

» » Nazirlik Qarabağ əlilinin pensiyasını kəsib: - “Qəpik-quruşumuza da göz dikiblər”

Nazirlik Qarabağ əlilinin pensiyasını kəsib: - “Qəpik-quruşumuza da göz dikiblər”

23-02-2021, 08:27 Yazar:  Samir Baxılıb: 52 Çap et
Nazirlik Qarabağ əlilinin pensiyasını kəsib: - “Qəpik-quruşumuza da göz dikiblər”
“Əlavə müalicəyə ehtiyacım olduğunu bildirərək mənə əlillik təyinatından imtina edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məzmunda məktub almışam. Artıq bir çox əlillərə belə imtina məktubu gəlir”.

Cebhe.info xəbər verir ki, bunu İmişli sakini, Qarabağ əlili Habil Şirinov deyib. O bildirib ki, artıq 63 yaşı var: “Döyüşlərdə iki dəfə kəllə-beyin travması almışam,yüksək şəkər, sol qulağımın eşiməməsi, aşağı ətraflarda damar çatmazlığı, səngər xəstəliyi olan kəmərvarı dəmrov (sinir xəstəliyidir) var. Məgər müalicə ilə məndən 20 yaşlı oğlanmı düzəltmək istəyirlər?”

O bildirib ki, 1989-cu ildən Qarabağda düşmənə qarşı döyüşəndə sağ qalıb nə vaxtsa qazi olacağını düşünməyib: “Düşünmürdüm ki, əlil kimi müavinət alacağam. Çünki davam qarın davası deyil, torpaq, millət davası idi. Biz torpaq davası edəndə indiki korrupsioner məmurlar harada idi? Onlar indi milyardlara sahib olduğu halda mənə və mənimkimilərin nəvələrinə çatan qəpik-quruş da kəsilir, ona da göz dikiblər”.

Xatırladaq ki, son günlər bu məzəmunda şikayətlərin sayı artıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
13:03 "Beyin şişləri daha çox 40-60 yaş arası xəstələrdə görülür" - MÜSAHİBƏ Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərinin çətinliyi səbəbindən neyrocərrahların sayı çox deyil. Çox vaxt əməliyyatlar 8-15 saata qədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkələrdə bu
11:30 Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk" Torpaqlarımızın müdafiəsi zamanı döyüşlərdə ağır yaralanaraq, sözün əsl mənasında, yarımcan olan Loğmanı da, Məhərrəmi də QAZİLER.AZ saytına yaşadıqları problemləri, dərdləri çəkib gətirib. Onları dinlədikcə yaşadıqları ağrı-acıları çöhrələrinə çökür, gözlərindən, baxışlarından demək istədikləri,
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az