t s

» » Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib

22-02-2021, 23:20 Yazar:  Samir Baxılıb: 345 Çap et
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib. Yubilyarın iştirakı ilə keçirilən, millət vəkili, akademik Nizami Cəfərovun aparıcısı olduğu tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, Azərbaycan Respublikasının Əməkdar Artisti Azad Şükürov, ədəbiyyatünas Məti Osmanoğlu, ədəbiyyatçı alim Sərvaz Hüseynov, şair Rafael İncəyurd, şairə, “Qızıl Qələm” mükafatçısı Cığatel İsaqızı və başqaları çıxış edərək böyük şairin doğum gününü təbrik ediblər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə mükafatlandırılaraq 90 illik yubileyi münasibətilə mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinə, uzunmüddətli səmərəli fəaliyyətinə görə respublikamızın ali dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik ediblər. Qeyd olunub ki, Xalq Şairi Nəriman Həsənzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. O, öz yaradıcılığı ilə neçə-neçə nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara xeyirxahlıq, halallıq, düzlük, səmimilik, vətənsevərlik və s. kimi humanizm prinsiplərinin aşılanmasında mühüm rol oynamış şairdir.

Virtual zəmində keçirilən tədbirdə çıxış edən Nəriman Həsənzadə ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse - Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi


Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:48 ÖZÜMÜN HAQQIM VAR BARAT ÇAĞRILIM, SÖZÜMÜN HAQQI VAR YAŞAMAQ ÜÇÜN… 2021-ci ilin mart ayında Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 yaşı tamam olacaq. Yubiley münasibətilə onun yaradıcılığı haqqında görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin söylədikləri
10:28 Qazaxda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib Respublika Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ədibin həyat və yaradıcılığına həsr edilmiş silsilə tədbirlər
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:10 Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib Noyabrın ayının 10-da “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, “İstiqlal” ordenli, Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannaya (Hüseynov) həsr edilmiş “Yazıçı və bədii yaradıcılıq idealı” adlı Elmi-praktik
19:15 Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olundu - AĞSTAFADA Bu gün Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubilyei münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə xalq şairi Nəriman Həsənzadə ilə birlikdə ailə üzvləri, yaxın dostları, Ağstafa rayon İcra hakimiyyətinin başçısı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az