t s

» » Qazla bağlı mühüm xəbər: Martın 1-dən etibarən... - RƏSMİ

Qazla bağlı mühüm xəbər: Martın 1-dən etibarən... - RƏSMİ

22-02-2021, 23:12 Yazar:  Samir Baxılıb: 114 Çap et
Qazla bağlı mühüm xəbər: Martın 1-dən etibarən... - RƏSMİ
Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq.

Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.

Abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir.

Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq "Azəriqaz” İstehsalat Birliyi gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib. Hesab edirik ki, bu addım, abonent məmnuniyyəti üçün əhəmiyyətli olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:21 Siz saydığınızı sayın, görün, “Azəriqaz”ın sayğacı nə sayır - PROBLEM Smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi prosesi ötən ilin əvvəlindən başlasa da, ilin sonunda daha da sürətləndirildi. Bundan sonra sosial şəbəkələrdə vətəndaşların narazı fikirləri ayaq açıb yeriməyə başladı. İddialara görə, mexaniki sayğaclar smart tipli sayğaclarla
11:45 Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa… Son günlər ölkə ərazisində abonentlərin yeni qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı ictimaiyyətdə müəyyən şayiələr yayılıb. Yeni quraşdırılan qaz sayğaclarının artıq sərfiyyat hesablaması, abonentlərin artıq xərc ödəməsi ilə bağlı yayılan məlumatlar vətəndaşlar arasında çaşqınlıq yaradıb.
22:09 "Azəriqaz" sahibkarların qənimi rolunda... - ARAŞDIRMA Bugünlərdə redaksiyamıza adının çəkilməsini istəməyən iş adamı tərəfindən şikayət xarakterli müraciət daxil olub. SOCAR-ın (Dövlət Neft Şirkəti) nəzdində fəaliyyət göstərən "Azəriqaz" İstehsalat Birliyindən (İB) gileylənən iş adamı bildirib ki, adıçəkilən qurum tərəfindən ünvanlanmış "Qaz
22:29 Məhkəmələr vətəndaşların “Azəriqaz”a qarşı iddialarını təmin edir Mirvari Qəhrəmanlı: “Qeyri-qanuni cərimələr həddən artıq çoxdur” Yanvar ayı başlayandan həm mediada, həm də sosial şəbəkələrdə qazla təminatda yaranan fasilələrin çoxalmasından şikayətlər vüsət alıb. İstifadəçilər bildirirlər ki, demək olar, hər həftə təbii yanacaqla təminat dayandırılır,
12:00 "Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az