t s

» » Qaziləri narazı salan əsas problem - Əlillik dərəcəsi necə təyin olunmalıdır?

Qaziləri narazı salan əsas problem - Əlillik dərəcəsi necə təyin olunmalıdır?

22-02-2021, 21:46 Yazar:  Samir Baxılıb: 56 Çap et
Qaziləri narazı salan əsas problem - Əlillik dərəcəsi necə təyin olunmalıdır?
Vətən müharibəsində yaralanmış 12000-ə yaxın əsgər və zabitin əksəriyyəti müalicə olunaraq sağalıb, ordu sıralarına qayıdıb. Müdafiə Nazirliyinin yayıdğı məlumatda bildirilirdi ki, 1200-ə yaxın hərbçinin müalicəsi davam etdirilir.

Hazırda Nazirliklə yanaşı YAŞAT Fondu da onların müalicəsi, sosial problemlərinin həlli ilə məşğuldur. Fonda vətəndaşların, biznes subyektlərinin, dövlət qurumlarının könüllü şəkildə ödədiyi 30 milyon manatdan artıq ianələr toplanıb. Qurum qazilərin müalicəsini həm ölkənin tibb müəssisələrində, həm də xarici ölkələrin ixtisaslaşmış klinikalarında həyata keçirir. Bu məqsədlə artıq 50-yə qədər qazi Türkiyənin səhiyyə ocaqlarına göndərilib.

Döyüşlərdə ağır yaralaınmış hərbçilərin bir hissəsi əlil olub. Əsas narazılıqlar da onlara əlillik dərəcəsinin təyin edilməsi zamanı yaranır. Mediaya, sosial şəbəkələrə üz tutan qazilər, həkim-ekspert komissiyalarından şikayət edirlər.

Məsələn, onlardan birinin ayağı topuqdan aşağı amputasiya olunsa da, ona üçüncü qrup əlillik dərəcəsi təyin olunub.

Döyşçü bundan narazıdır, qeyd edir ki, o Vətən uğurunda vuruşub, əmək qabiliyyətini itirib: "Deyirlər, təlimata görə, ayaq dizdən aşağı kəsildiyi halda ikinci qrup əlillik verilə bilərdi. Bu ədalətsizlikdir, mən avtoqəzada yaralanmamışam axı, döyüşlərdə sağlamlığımı, əmək qabiliyyətimi itirmişəm".

Qeyd edək ki, şikayətlər hər gün çoxalsa da, problemin həlli ilə bağlı hər hansı açıqlama verilmir.

Vətəndaşların Əmək Liqası İctimai Birliyinin rəhbəri Sahib Məmmədov hesab edir ki, Vətən uğrunda əlini, ayağını, barmağını, lap elə barmağının ucunu itirən şəxslərə münasibət, müavinət, pensiya fərqli olmalıdır.

Onun sözlərinə görə, bununla belə, ayağını topudadan yuxarı, dizdən yuxarı, bud çanaq oynağından yuxarı itirənlər arasında da fərq olmalıdır: "Bu, tibbi nöqteyi-nəzərdən mübahisə doğurmur. Əlillik kriteriyaları dəyişən zaman bu fərqləndirmə qalacaq. Sadəcə insanın əmək qabiliyyətini itirmə göstəricilərini nisbətən daha dəqiq müəyyənləşdirmək mümkündür".

QHT rəhbəri bildirir ki, heç kəsə hansısa əlamətinə və eyni sağlamlıq durumuna görə fərqli dərəcə müəyyən edilə bilməz.

Onun sözlərinə görə, bu halda müavinət, pensiya və s. digər ödəniş, müalicə xərci, reablitasiya imkanları fərqli ola bilər: "Avtoqəzada eyni dərəcədə xəsarət alanla, Vətən uğrunda döyüşdə yaralananı belə üsulla fərqləndirmək mümkündür. Yeri gəlmişkən, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarında peşə əmək qabiliyyətini itirənlər həm şığorta şirkətindən və ya işəgötürəndən kompensasiya alır, həm də DSMF-dən pensiya. Bizdə müharibədə əlil olan qazilərimizə əlillik dərəcəsinə uyğun pensiya ilə yanaşı müavinət də verilir. Amma pensiyanın özü ilə bağlı yenilik etmək pis olmaz".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:51 Vətən müharibəsi qaziləri ilə görüşlər davam edir - AĞSTAFADA Torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük döyüşlər zamanı öz canlarını sipər edən və yaralanan, hazırda evlərində müalicəsini davam etdirən qazilərlə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun növbəti görüşləri keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Ağstafa Rayon İcra
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az