t s

» » Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...

Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...

22-02-2021, 21:04 Yazar:  Samir Baxılıb: 58 Çap et
Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...
İraqın şimalındakı Gara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı təşkilatın xarici dəstəyi haqda önəmli məlumatları çatdırıb.

Bu haqda “Yeni Şafak” qəzeti yazır.

Türkiyə ordusu bu günlərdə Gara bölgəsinə havadan və qurudan həmlə edib, orada PKK terrorçularının düşərgələri, silah-sursat anbarları məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib. Əməliyyatın gedişində PKK mağaralardan birində 6 ilə yaxındır girov saxlanılan 13 Türkiyə vətəndaşını güllələyib öldürüb. Türkiyə xüsusi təyinatlıları bir neçə terrorçunu sağ ələ keçirə biliblər.



Təslim olan terrorçulardan Ş.M. dindirmə zamanı deyib: “Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə (Rusiya və ABŞ) vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən təşkilata xəbər verirdi”. Həmin terrorçu təşkilatın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə əlaqələri olduğunu deyib. Bildirib ki, ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları təşkilata ötürür.

Digər terrorçu D.M. isə deyib ki, ABŞ PKK liderlərini qorumaq üçün birbaşa öz hərbi personalını ayırıb. Məsələn, “Bahoz Erdal” ləqəbli PKK liderinin cangüdənlərindən 8-i Amerika əsgəri olub. “Sofi Nurettin” kod adlı terrorçu isə bir müddət ABŞ ordusunun İraqın şimalındakı düşərgəsində qalıb.



2020-ci ilin son aylarında Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan İ.Ç. adlı terrorçu isə deyib ki, hətta Liviyada hakimiyyəti ələ keçirmək istəyən qyiyamçı feldmarşal Həlifə Haftar da Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışır. Belə ki, Haftar öz adamını PKK ilə təmaslar üçün Suriyaya göndərib və terror təşkilatından dəstək istəyib. Həmin terrorçu deyiib ki, Haftarın PKK-dan dəstək istədiyini təşkilatın liderlərindən Fehman Hüseyn ötən il Şeddade bölgəsində keçirdiui toplantıda təsdiqləyib. “Haftar ordusu YPG-dən (PKK-nın Suriya qolu) dəstək istəyir” deyib.

İ.Ç. Ermənistana dəstək üçün Qarabağa əlavə PKK qüvvələrinin göndərildiyini də təsdiq edib, bunu terror təşkilatın az qala bütün üzvlərinin bildiyini deyib.



Qeyd edək ki, ötən il Qarabağda hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın Qarabağa İraq və Suriyadan PKK terrorçularını daşıyıb gətirdiyi haqda kifayət qədər mötəbər məlumatlar, o cümlədən xarici mənbələrdən məlumatlar yayılmışdı. Söhbət bir neçə min PKK terrorçusundan gedirdi. Qarabağda daha əvvəl də PKK-nın düşərgələrinin olduğu məlum idi. Müharibənin başa çatmasından az sonra PKK-nın qadın dəstələrinin komandiri də təşkilata yaxın mediaya müsahibəsində Qarabağa ermənilərə kömək üçün dəstələr göndərdiklərini təsdiq etmişdi. (virtualaz.org)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
22:43 Ceyhun Məmmədov-“Üçüncü şəxs”(hekayə) Artur adlı gənc yazıçının bir həyat dramı. O, Sofi adında bir gənc yazıçıya aşiqdir. Və günlərin birində Sofi ona zəng edərək özünü piss hiss etdiyini və onunla görüşmək istədiyini bildirir. Görüş zamanı Sofi, Artura niyə onu sevmədiyini açıqlayır. Ancaq danışıqlar bununla bitmir. Növbəti
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az