t s

» » HAZIRDA İŞLƏYƏNLƏRİN YARISI GƏLƏCƏKDƏ PENSİYA ALMAYA BİLƏR - Ekspert səbəbləri açıqladı

HAZIRDA İŞLƏYƏNLƏRİN YARISI GƏLƏCƏKDƏ PENSİYA ALMAYA BİLƏR - Ekspert səbəbləri açıqladı

22-02-2021, 20:50 Yazar:  Samir Baxılıb: 82 Çap et
HAZIRDA İŞLƏYƏNLƏRİN YARISI GƏLƏCƏKDƏ PENSİYA ALMAYA BİLƏR - Ekspert səbəbləri açıqladı
“Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək”.

Bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Ekspert bildirib ki, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.



Q. İbadoğlu qeyd edib ki, kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa və ya günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, əmək müqaviləsiz çalışırsa o da pensiya ala bilməyəcək: “Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.

Hazırda 28800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43200 manatı necə toplayacaqlar?”

“Bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir”- deyə, iqtisadçı vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:16 Nazirlik bu dəyişikliyi etməsə, daha yaxşıdır: - ƏƏSMN yenə yarımçıq iş görür Azərbaycanda koronavirus pandemiyasının iqtisadiyyata və vətəndaşlara vurduğu zərərin aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən proqramlardan biri geniş ictimai rezonansa səbəb oldu. Söhbət işsiz vətəndaşlara ölkə üzrə yaşayış minimumu həcmində - 190 manat müavinətin verilməsini
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
13:16 Sabiq nazirlər nə qədər pensiya alırlar… - ARAŞDIRMA Vaxtilə yüksək postlar tutmuş eks-nazirlərlə bağlı məsələlər tez-tez gündəm olur. Onların bir çoxu pensiya yaşını tamamlayıblar. Bəziləri uşaq sayına, bəziləri staja görə dövlətin onlar üçün ayırdığı vəsaiti xımır-xımır xərcləməklə məşğuldurlar. Bəlkə də bəzi sabiqlər üçün bu məbləğ “tum pulu” kimi
13:20 “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir, 25 il sığorta stajı hamı üçün hesablanacaq Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Mediaxeberleri.az xəbər verir ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az