t s

» » Oğuz Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatı olub – FOTO

Oğuz Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatı olub – FOTO

22-02-2021, 20:31 Yazar:  Samir Baxılıb: 22 Çap et
Oğuz Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatı olub – FOTO
Oğuz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Bu barədə Oğuz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanovun sərəncamı ilə İsgəndərov Vasif Teyfuk oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsin müdiri vəzifəsinə təyin edilmişdir.

İsgəndərov Vasif Teyfuk oğlu 24 sentrabr 1990-cı ildə Oğuz şəhərində anadan olub, 2012-ci ildə Mingəçevir Politexnik İnstitunu bitirib, 2012-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən 3-cü məharət dərəcəsi ilə təltif edilib.

Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Oğuz Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatı olub – FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az