t s

» » Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar

Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar

22-02-2021, 16:55 Yazar:  Samir Baxılıb: 57 Çap et
Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar
Türkiyəli alpinistlər 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində şəhid olan 613 Azərbaycan vətəndaşını Naxçıvanın Haça dağının zirvəsində anıblar.

Mediaxeberleri.az xəbər verir ki, anma mərasimi Zirvə Alpinizm və Açıq İdman Klubunun, həmçinin Azərbaycan Dili, Tarixi və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Azərbaycan Qars Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Bu çərçivədə Türkiyənin müxtəlif bölgələrindən 15 alpinist İğdıra toplaşaraq Naxçıvana gediblər.

Bölgənin ən çətin dağlarından biri olan Naxçıvandakı Haça dağına qalxan alpinistlər zirvəyə “Xocalı şəhidlərini rəhmətlə, minnətdarlıqla və hörmətlə anırıq” yazılı lövhələrlə Türkiyə və Azərbaycan bayraqları sancıblar.

Artıq altı ildir bu mərasimin ənənəyə çevrildiyini bildirən klub başçısı Orxan Kozan Azərbaycanın qələbəsinin türkləri bölmək istəyənlərə tutarlı cavab olduğunu qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az