t s

» » “Nazpəri yerin dibinə girsə də...” — İlhamə Quliyeva

“Nazpəri yerin dibinə girsə də...” — İlhamə Quliyeva

23-02-2015, 02:14 Yazar:  Aygün Baxılıb: 1157 Çap et
“Nazpəri yerin dibinə girsə də...” — İlhamə QuliyevaXalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onun ünvanına söylədiyi təhqirləri təkzib etməsinə münasibət bildirib.

İ.Quliyeva qarşı tərəfin təkzibi ilə qane olmadığını deyib:

"Məhkəmədə tələb etmişdim ki, hansı telekanalda məni təhqir edib, orda da üzr istəsin. Dediklərini təkzib etdi. Amma bu məni qane etmir. Dediyi sözlərin lent yazıları var. Ünvanıma işlətdiyi təhqiramiz sözləri indi boynuna almır. Çıxıb efirdə məndən üzr istəməlidir. Deyir ki, mən onu təhqir etməmişəm. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazıb, qol çəkib. Ərizədə qeyd edib ki, o, təhqirləri öz ünvanıma demişəm. Həmin kağızın bir sürəti də məndədir. Əgər təhqir etməyibsə, o ərizəni niyə yazıb, qol çəkib?

Bütün bunlarla yanaşı uduzduğu 25 min manatı ödəmir, qaçır. Məhkəməyə müraciət etdi ki, pulu bir neçə hissəyə bölüb ödəsin, razılaşmadım. O, məbləğ bütöv şəkildə ödənməlidir. Mənim onun puluna ehtiyacım yoxdur. Pulu ödəməsi üçün ona görə israr edirəm ki, başqalarına örnək olsun. Böyük-kiçik yeri bilsinlər. Sənətdəki böyükləri təhqir etmək olmaz. O məbləği ehtiyacı olan kimsəsiz uşaqlara, əlil ailələrinə verəcəm. İndi Nazpəri qaçıb gizlənir. Yerini təyin etmək olmur. Amma bilsin ki, yerin dibinə girsə də, o pulu gətirib ödəməlidir".

İ.Quliyeva aralarında bundan sonra barışıq olmasının mümkünsüzlüyünü də vurğulayıb:

"Barışığı heç yuxusunda da görə bilməz".

Qeyd edək ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etdiyini əsas gətirərək, məhkəməyə vermişdi.

Məhkəmədə uduzan N.Dostəliyeva dediklərini təkzib edib. (axşam.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:11 Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam” Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan Lamiyə Quliyeva doğulduğu Şəmkir rayonuna gedib. Onu evlərində qohumları və qonşuları qarşılayıblar. Evlərinin qarşısında qurban kəsilib. “Namus qalib gəldi” "Azadlıq" radiosunun məlumatına görə, Lamiyə Quliyeva jurnalistlərlə söhbətində
22:10 İlhamə gizlinləri açdı: “Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir” -QALMAQAL Xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişində qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib. Mediaxeberleri.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, xalq artisti bəzi sənətçilərə xəbərdarlıq edib: “Bir müğənni var ki, dünyanın hər yerindən rəhmətə gedənlərin paltarlarını
19:00 Mirşahin Lamiyə Quliyevaya cavab verdi ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Lamiyə Quliyevanın onun barəsində dediklərinə qısa cavab verib. M.Ağayev Publika.az-a açıqlamasında deyib: “Axı Lamiyə Quliyeva məndən niyə danışsın
14:12 Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az