t s

» » Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİK

Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİK

22-02-2021, 13:59 Yazar:  Samir Baxılıb: 24 Çap et
Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİK
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına, xüsusi nümayəndələrin müavinləri vəzifələri ikinci təsnifatına, xüsusi nümayəndəliklərdəki mütəxəssislər üçüncü təsnifatına daxil edilib.

Bundan başqa, dövlət başçısı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri inzibati vəzifələrin təsnifatlarına daxil edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:28 BURAXILIŞ İMTAHANININ II MƏRHƏLƏSİ VƏ DÖVLƏT İMTAHANI LƏĞV EDİLİR - Nazirlər Kabineti təhsillə bağlı qərar verdi (Yenilənib) Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23
11:57 Milli Məclisdə bu gün növbədənkənar iclas – Gündəlikdə 36 məsələ var (SİYAHI) Bu gün və sabah Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu iki iclasın gündəliyinə 36 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
15:33 Milli Məclis iki iclasa 54 məsələ çıxarır - SİYAHI Milli Məclisin oktyabrın 12-i və 16-da keçiriləcək iclasının gündəliyi məlum olub. Mediaxeberleri.az-ın məlumatına görə, parlamentin oktyabrın 12-də və 16-da keçirilən iclasların gündəliyinə ümumilikdə 54 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilmiş bəzi əsas məsələləri diqqətinizə
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az