t s

» » Qadınlar niyə kişilərdən dərin basdırılır? - QƏRİBƏ SƏBƏB

Qadınlar niyə kişilərdən dərin basdırılır? - QƏRİBƏ SƏBƏB

22-02-2021, 08:46 Yazar:  Samir Baxılıb: 57 Çap et
Qadınlar niyə kişilərdən dərin basdırılır? - QƏRİBƏ SƏBƏB
Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: "Boyuna qəmiş ölçüm" deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin qeyd edim ki, bu dərinlik fərqi şəriətdə vacib deyil, tövsiyyə olunan məsələdir. Vacib olan ölünün dərinliyə dəfn olunmasıdır.

Mediaxeberleri.az
-ın məlumatına görə, qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər.

Qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur. Necə ki Həcc mərasimi zamanı da kişilər ehram deyilən, bir növ kəfənə oxşayan geyim geyinirlər və bu geyim əsasən qurşağa qədər örtükdən ibarət olur. Qəbirlərin bu cür fərqli qazılması qadına ehtiramdan dolayıdır.

Ancaq qadının daha dərin basdırılmasında heç bir tibbi əsas yoxdur. / "Moderator"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
17:28 Qadınların məzarı niyə dərin qazılır? – Naməhrəm yerləri... [center][/c İslam dininə görə Qiyamət günü İsrafil adlı mələk ilk dəfə Sur çalacaq. Bu səs elə bir xüsusi özəlliyə sahib səs olacaq ki, bütün canlılar öləcək. Hətta özü də. Təkcə Allah qalacaq. Allah sual edəcəkdir: Hardasınız, ey mənim "şəriklərim"? Cavab gəlməyəcək. Bu zaman Allah İsrafilə can
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az