t s

» » Dünyada hər 15 gündə bir xalqın dili yoxa çıxır - YUNESKO

Dünyada hər 15 gündə bir xalqın dili yoxa çıxır - YUNESKO

22-02-2021, 08:40 Yazar:  Samir Baxılıb: 49 Çap et
Dünyada hər 15 gündə bir xalqın dili yoxa çıxır - YUNESKO
Dünyada mövcud olan dillərdən təxminən 2 500-ü yox olma təhlükəsi ilə üz-üzədir. “Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyənin YUNESKO yanında Milli Komissiyasının (UTMK) İdarə Heyətinin sədri, professor Ocal Oğuz məlumat verib.

"Dünyada təxminən 7 min dil mövcuddur. Onların arasında təxminən 2 500 dil yox olma təhlükəsi ilə üz-üzədir, çünki çox məhdud sayda insan onlardan istifadə edir", - Oğuz qeyd edib.

Onun sözlərinə görə, mövcud statistikaya və məlumatlara əsasən, dünyada hər 15 gün ərzində bu dillərdən biri yox olur.

Oğuz bildirib ki, dillərin yox olma təhlükəsi son onilliklər ərzində dünyada sosial, siyasi və iqtisadi dəyişikliklərə görə artıb. Hazırda 200 dildə danışan insanları tapmaq çətindir. 1950-ci ildən 250-dən çox dil yoxa çıxıb.

"YUNESKO-nun dillər atlası bununla bağlı təhlükəli vəziyyəti əks etdirir. Yox olma təhlükəsi ilə üzləşən dillərin əsas hissəsi 10 mindən az insanın danışdığı dillərdir”, - Oğuz qeyd edib.

Xatırladaq ki, 2000-ci ildən etibarən 21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
16:50 İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncamda deyilir: “Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
02:06 Xalqın xidmətçisi, qurucu Lider - Əli Həsənovun yazısı Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
20:17 "Rus dilinin yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm" Azərbaycan dili orta əsrlərin sonlarından, yeni dövrün əvvəllərindən öz müstəqil həyatına başlayıb Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun APA-ya müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni sizə təqdim edir: - Nizami müəllim, çox yayılmış belə bir ifadə var ki, dil canlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az