t s

» » “Türkiyə artıq Cənubi Qafqazda möhkəmlənib və bu, əbədidir!” – "Ermənilər bunu anlasınlar..."

“Türkiyə artıq Cənubi Qafqazda möhkəmlənib və bu, əbədidir!” – "Ermənilər bunu anlasınlar..."

21-02-2021, 08:10 Yazar:  Samir Baxılıb: 52 Çap et
“Türkiyə artıq Cənubi Qafqazda möhkəmlənib və bu, əbədidir!” – "Ermənilər bunu anlasınlar..."
Ermənistan müxalifətinin bu gün İrəvanda keçirdiyi etiraz mitinqindəki çıxışların əsas leytmotivi bundan ibarət olub: “Müharibədə məğlub olduq, “müstəqil Artsax” artıq yoxdur, Ermənistan sərhəd boyu kiçilir, ordu dağılıb, Rusiyadan tam asılı vəziyyətə düşmüşük, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edir, bu hakimiyyəti devirsək yenidən gücümüzü qaytara bilərik, Türkiyənin düşmənləri ilə ittifaq qurmalıyıq”.

İrəvanda cərəyan edən prosesləri şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, erməni müxalifləri 3 ay ərzində fasilələrlə keçirdikləri etiraz mitinqlərində eyni şüarları təkrarlayırlar, ancaq dəyişən bir şey yoxdur: “"Türkiyənin düşmənləri” dedikdə isə bu dövlətlərin adını çəkirlər: Rusiya, İran, Çin, ABŞ və Fransa. Birinci 3 dövlətin Türkiyə ilə münasibətlərində hər şey hamar deyil, ancaq nə Moskva, nə Ankara, nə də Pekin ermənilərə görə anti-Türkiyə siyasətinə baş vurmayacaqlar. Əksinə, Rusiya, İran və Çin Azərbaycan və Türkiyə ilə birgə regional layihələri reallaşdırmağa çalışırlar. O ki qaldı ABŞ və Fransaya, Vaşinqton və Paris 44 günlük müharibədə ermənilərə kömək etmədilərsə, indi Ermənistanı necə xilas edəcəklər? Ermənistanda hələ də anlamaq istəmirlər ki, Türkiyə artıq Cənubi Qafqazda möhkəmlənib və bu, əbədidir! Ermənistanda nə vaxtsa yenə Azərbaycan torpaqlarının işğalı haqqında düşünsələr, 1990-cı illərin əvvəllərindən fərqli olaraq artıq qarşılarında Azərbaycan-Türkiyə hərbi itifaqını görəcəklər və Rusiya ermənilərə görə bu ittifaqla qarşıdurmaya gedən deyil”.

E.Şahinoğluna görə, ermənilərin əsas qorxusu odur ki, məğlub Ermənistan Azərbaycan və Türkiyə qarşısında geri çəkilməkdə davam edəcək. “Bu qorxuda həqiqət payı var. Azərbaycanın və Türkiyənin əhalisi artır, Ermənistanınkı azalır, yaxın gələcəkdə Dağlıq Qarabağda da əhalinin nisbəti tədricən azərbaycanlıların xeyrinə dəyişəcək. Bu, qarşımızda duran əsas vəzifələrdən biri olmalıdır! Əgər, Ermənistan ərazi iddiasından vaz keçib regional əməkdaşlığa üstünlük verməsə və Dağlıq Qarabağda yaşayan ermənilər qanunlarımıza tabe olmasalar, Azərbaycanla Türkiyənin əsas strateji hədəfi düşməni daha da gücsüz duruma salmaq olacaq. Bu təbiidir”, - deyə politoloq vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az