t s

» » Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də çempion olub

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də çempion olub

18-02-2021, 21:51 Yazar:  Samir Baxılıb: 44 Çap et
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də çempion olub
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatamiyə çıxıb.

Onlardan yalnız Davud Məmmədsoy mübarizəsini medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz çempion tituluna yiyələnib.

“Böyük dəbilqə” Kişilər 60 kq Yarışa 1/16 final mərhələsindən qoşulan Davud Məmmədsoy almaniyalı Morits Plafki, hindistanlı Kumar Yadav, qazaxıstanlı Qusman Kirqizbayevi məğlub edərək yarımfinala yüksəlib. Rusiyalı Ramazan Abdullayevə də qalib gələn təmsilçimiz həlledici döyüşə vəsiqə qazanıb. Davud finalda gürcüstanlı Temur Nozadze ilə görüşüb. O, uğurlu seriyasını davam etdirərək qızıl medala sahib olub.

Kəramət Hüseynov isə 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzaraq mübarizəni dayandırıb.

66 kq Avropa və dünya çempionatının mükafatçısı olan Orxan Səfərov 1/16 finalda israilli Amit Boboviçə uduzub.

Eyni mərhələdən mübarizəyə başlayan Nicat Şıxəlizadə rumıniyalı Petr Jukov, qırğızıstanlı Peter Te üzərində qələbələr qazandıqdan sonra 1/4 finalda italiyalı Mattia Mikeleyə uduzub. O, təsəlliverici qarşılaşmada özbəkistanlı Muhittin Tilovovla üz-üzə gəlib və məğlubiyyətə üzülüb.

Qadınlar 48 kq Leyla Əliyeva 1/16 finalda yerli Şira Rişoniyə uduzub. Bu çəkidə yarışan Aişə Qurbanlı İsrail cüdoçusu Tamar Malkaya qalib gəlsə də, fransalı Şirin Baukliyə məğlub olub.

52 kq Gültac Məmmədəliyeva 1/16 finalda Eleudis Valentim (Braziliya) üzərində qələbə qazanıb. O, 1/8 finalda fransalı Astrid Qneto ilə bacarmayıb.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də başa çatacaq turnirə 15 cüdoçu ilə qatılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:14 Qran-pridə Azərbaycanın 9 yunan-Roma güləşçisindən 8-i medal qazandı Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisinə yekun vurulacaq. Mediaxeberleri.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur. 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus
20:16 Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıb Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıblar. Mediaxeberleri.az xəbər verir ki, turnirin birinci günündə kişilər 60, 66, 73, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizəyə qoşulublar. Yarışa səkkizdəbir final mərhələsindən başlayan Namiq
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
00:30 Cüdoçumuz "Böyük Dəbilqə" turnirində medal qazandı Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb. Mediaxeberleri.az verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl ikinci il Düsseldorfda fəxri kürsüyə yüksəlib. Mübarizəyə 1/16 final mərhələsindən
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az