t s

» » "Panatinaikos" panikada: "Bakıdakı oyunda tribunalarda millətçilər, "boz qurd"lar olacaq, UEFA-ya müraciət edəcəyik"

"Panatinaikos" panikada: "Bakıdakı oyunda tribunalarda millətçilər, "boz qurd"lar olacaq, UEFA-ya müraciət edəcəyik"

14-08-2015, 18:53 Yazar:  Aysel Baxılıb: 533 Çap et
"Panatinaikos" panikada: "Bakıdakı oyunda tribunalarda millətçilər, "boz qurd"lar olacaq, UEFA-ya müraciət edəcəyik"Yunanıstanın "Panatinaikos" klubunun meneceri Spiros Vlahos Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində Bakıya edəcəkləri səfərə hazırlıq barədə danışıb. Fanat.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları deyib:

"Bizim Bakıya səfərə hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. Amma mən öncə bir məqama toxunmaq istəyərdim. Sosial şəbəkələrdə və mətbuatda bu oyunu siyasiləşdirməyə cəhdlər var. Lakin biz heç bir düşmən hücumuna məruz qalmamışıq ki, hansısa təhlükəli bir şeyə qarşı hazırlıq görək. Ümumiyyətlə, komandamızın ən yaxşı şərtlərlə təmin olunacağına dair zəmanət almışıq. Bu oyun çox vacibdi. Baxmayaraq ki, oyun öncəsi biz bir qədər narahatıq. Çünki "Qəbələ" beynəlxalq arenada yeni komandadı. Bu üzdən də Avropa səviyyəli yarışlarda təşkilatçılıq bacarığı yoxdu. Amma eyni zamanda onu da deyə bilərəm ki, oradakı insanlar bizə çox kömək edirlər və bütün tələblərə cavab verməyə çalışırlar. Güman edirik ki, Bakıdakı oyun zamanı tribunalarda türklər, millətçilər və "bozqurdlar" olacaq. Onlar bu görüşdə gərginlik yaratmağa cəhd edə bilərlər. Hər ehtimala qarşı biz UEFA-nı öncədən xəbərdar etməliyik ki, məlum səbəblərdən yüksək risk təhlükəsi var".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:10 Cavid Hüseynov `Panatinaikos` la görüşə çıxacaq? "Qəbələ" klubu futbolçu Cavid Hüseynovun adının Avropa Liqasının pley-off mərhələsində keçiriləcək Yunanıstan "Panatinaikos"u ilə görüşün iştirak ərizəsinə daxil edilməsi ilə bağlı açıqlama yayıb. Mediaxeberleri.az -ın məlumatına görə, klubun açıqlamasında deyilir: "Qəbələ" İdman Klubunun UEFA
22:53 “Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Ağdam, Azərbaycan) komandaları arasındakı ilk oyunun başlama saatı müəyyənləşib. Mediaxeberleri.az UEFA-nın saytına istinadla xəbər verir ki, Berndə “Stad de Syuiss” arenasında
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab
01:08 "Məqsədimiz qrupa düşməkdi” - Tale Heydərov “Çox sevindirici haldır ki, komanda bu mərhələyə qədər gəlməyi bacardı. Bu, bizim üçün böyük uğurdu. Davamının gəlməsini arzulayırıq”. Apasport.az saytının xəbərinə görə, bunu bu gün “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib. Qeyd edək ki, UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab
09:18 Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində 11 qarşılaşma keçirilib. Çempionlar Liqası III təsnifat mərhələsi Cavab oyunları “Astana” (Qazaxıstan) - HİK (Finlandiya) - 4:3 İlk oyun - 0:0 “QARABAĞ” (AZƏRBAYCAN) -

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az