t s

» » İlham Əliyev Xalq şairini təbrik etdi

İlham Əliyev Xalq şairini təbrik etdi

17-02-2021, 22:22 Yazar:  Samir Baxılıb: 67 Çap et
İlham Əliyev Xalq şairini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəni təbrik edib.

Mediaxeberleri.Az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:23 Prezidentə yazırlar: “Xalqımız Sizin yanınızdadır” - MƏKTUBLAR Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə öz səmərəsini verir. Buna görə də, əhali Prezident İlham Əliyevə minnətdrlıq məktubları ünvanlayır. Həmin müraciətlərin bir qismini təqdim edirik. Mingəçevirdən Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli
16:43 HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİDİR May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi
23:41 Prezidentə yazırlar: Xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə minnətdarıq Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktubların daha bir qismini təqdim edirik: Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin
17:01 Prezidentə yazırlar: “Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir” - MƏKTUBLAR Azərbaycan əhalisi Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edir. Həmin müraciətlərdə Prezidentin rəhbərliyi ilə dövlətin ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər təqdir olunur. Müraciətlərin bir qismini təqdim edirik:
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az