Prezidentdən Nəriman Həsənzadə ilə bağlı SƏRƏNCAM
17-02-2021, 22:16
Yazar: Samir
Baxılıb: 310
Çap et
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mediaxeberleri.Az xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.
www.mediaxeberleri.az
Öz şərhini bildir: