Aidə Sultan: "OLMUR"
17-02-2021, 21:33
Yazar: Samir
Baxılıb: 53
Çap et
Sevgi bir ömürdü, bir günə sığmaz
Sevən könüllərin bayramı olmur
Baharı, payızı, qışı da birdir
Gecəsi, gündüzü, axşamı olmur.
Bəzən bir buluddu, yaqişdi, seldi
Kövrələn, incələn bir sari teldi
Həsrəti mizrabi tərpədən "əl"di
Onsuz həyatın da dad-tamı olmur.
Aqrı can mülkünü daqıdır,sökür
Yoxluqu ömrünü qaraya bükür
Ay batır, gecələr bir zülmət çökür
Qaranliq daxmamım bir şamı olmur.
Nə yalançı şəkil, nə bir "parça" gül
Qırdıqın ürəyi ovudan deyil
Bu qəmin bitməyi müşküldü, müşkül
Qəmsiz qələmin də ilhamı olmur...
www.mediaxeberleri.az
Öz şərhini bildir: