Sünik bölgəsindəki Gorus-David-Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycana veriləcək.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.
Məlumata görə, bu, gizli sənəddə yer alıb və ikitərəfli razılığa əsasən, yolun bu hissəsi 3 il ərzində Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir. Təhlükəsizlik isə Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. 3 il ərzində Ermənistan tərəfi öz ərazisindən keçid yolu çəkməlidir, bundan sonra bu 21 km tamamilə Azərbaycana veriləcək.
Bu razılaşmanın Ermənistanın baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə edildiyi bildirilib. Xüsusilə, müdafiə naziri Vaqarşak Arutyunyanın məsələdəki itaətkarlığı Rusiya tərəfini belə təəccübləndirib.
Qeyd edək ki, Sünik Azərbaycanın tarixi torpaqları olan qədim Zəngəzur ərazisində yerləşir.Publika.az
08:25 Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir?Dekabrın 11-də Hadrut ətrafında baş verən insident, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyata Rusiya sülhməramlılarının reaksiyası və Rusiya Müdafiə Nazirliyinin “sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi”ni yeniləməsi ciddi bir problemi gün üzünə çıxartdı. Nə baş verir?
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidirSon iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixiSon iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
Öz şərhini bildir: