t s

» » “Karabakh is Azerbaijan”: “Shusha Cup” turnirinin qalibləri müəyyənləşib

“Karabakh is Azerbaijan”: “Shusha Cup” turnirinin qalibləri müəyyənləşib

14-02-2021, 22:21 Yazar:  Samir Baxılıb: 54 Çap et
“Karabakh is Azerbaijan”: “Shusha Cup” turnirinin qalibləri müəyyənləşib
Fevralın 14-də “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası çərçivəsində “Shusha Cup” turniri keçirilib.

Mediaxeberleri.Az
xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının 5-ci mərhələsində 77 şahmatçı mübarizə aparıb. Turnirdə ən yüksək nəticəni 11 oyundan 8,5 xal toplayan İsmayıl Süleymanlı tutub. Onunla eyni xalı yığan Nurlan Hacıyev və Aydın Allahverdiyev əlavə göstəricilərə görə, müvafiq olaraq, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Beş turnirdən sonra Azərbaycan şahmatçısı Elnur Mehtiyev 20 xalla birinci yerdədir. Digər təmsilçimiz Orxan Bağırov eyni xalla ikinci, Türkiyə şahmatçısı Kutay Sakmak 16 xalla üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, indiyədək keçirilmiş dörd turnirdə Azərbaycan, Türkiyə, Ukrayna və Hindistandan iki yüzə yaxın şahmatçı iştirak edib.

Seriya çərçivəsində bundan sonra daha 3 yarışın - fevralın 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də isə "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Seriya ümumilikdə, 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
23:50 Qazaxda basketbol turniri: Məktəblər yarışır - Fotolar Fevralın 12-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin açılış mərasimi və ilk oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az