“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində final və üçüncülük uğrunda qarşılaşmalara start verilib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov da üçüncülük uğrunda ilk qarşılaşmasına çıxıb.
Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib və qələbə qazanıb.
İlk partiyada qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib.
Növbəti oyunda rəqib “ağlar”la oynamağın üstünlüyündən yararlanıb.
Buna baxmayaraq sonuncu, həlledici görüşdə qələbə qazanan Rəcəbov yekunda 2.5:1.5 hesabı ilə qələbə qazanıb.
Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.
08:54 Teymur Rəcəbov Levon Aronyanla heç-heçə etdi“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb - 0.5:0.5. Teymur Rəcəbov
01:16 Teymur Rəcəbov daha 5 görüşdə heç-heçə etdiNorveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılıb. Mediaxeberleri.az xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara
09:30 Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yeganə uduzmayan şahmatçıdırŞahmat üzrə onlayn Çempionlar Turu yarışının “Open Euro Rapid” mərhələsində ilk beş tur oynanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu yarışda yeganə təmsilçimiz Teymur Rəcəbov ABŞ təmsilçisi Sem Şankləndə qalib gəlib. Onun Matias Blübaum (Almaniya), Leynyer Dominqes (hər ikisi ABŞ),
07:52 Teymur Rəcəbov "play-off"a vəsiqə qazandıŞahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib. 33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa
16:21 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbəni son günə saxladı - YENİLƏNİBRusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında dördüncü partiya da yekunlaşıb. Mediaxeberleri.az xəbər verir ki, Teymur Rəcəbov ağ fiqurlarla oynayan çinli Dinq Lirenə uduzmayıb. Qarşılıqlı hücumlarla keçən görüş 31-ci gedişdə sülhlə nəticələnib. Beləliklə, ümumi hesab 2:2
Öz şərhini bildir: