t s

» » Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq

Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq

12-02-2021, 23:15 Yazar:  Samir Baxılıb: 80 Çap et
Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq
Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində çıxış edən Teymur Rəcəbov bu gün yarımfinalda növbəti görüşlərini keçirib.

Həmyerlimiz ABŞ təmsilçisi Uesli So ilə görüşüb.

Rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü dörd qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Lakin ilk iki partiyadan heç-heçə ayrılan Teymur üçüncü görüşdə məğlub olduqdan sonra 4-cü qarşılaşmanın mənası qalmayıb. Beləliklə 2:1 hesabı ilə uduzan şahmatçı finala çıxmaq şansını əldən verib.

Teymur sabah üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:54 Teymur Rəcəbov Levon Aronyanla heç-heçə etdi “Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb - 0.5:0.5. Teymur Rəcəbov
01:16 Teymur Rəcəbov daha 5 görüşdə heç-heçə etdi Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılıb. Mediaxeberleri.az xəbər verir ki, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara
09:30 Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində yeganə uduzmayan şahmatçıdır Şahmat üzrə onlayn Çempionlar Turu yarışının “Open Euro Rapid” mərhələsində ilk beş tur oynanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu yarışda yeganə təmsilçimiz Teymur Rəcəbov ABŞ təmsilçisi Sem Şankləndə qalib gəlib. Onun Matias Blübaum (Almaniya), Leynyer Dominqes (hər ikisi ABŞ),
07:52 Teymur Rəcəbov "play-off"a vəsiqə qazandı Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib. 33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az