t s

» » "Ərləriniz üzünüzə baxmağa iyrənir" - Aytən Səfərovadan sərt açıqlama

"Ərləriniz üzünüzə baxmağa iyrənir" - Aytən Səfərovadan sərt açıqlama

13-08-2015, 13:20 Yazar:  Nicat Baxılıb: 1468 Çap et
"Ərləriniz üzünüzə baxmağa iyrənir" - Aytən Səfərovadan sərt açıqlamaANS-in aparıcısı Aytən Səfərova bu yaxınlarda ikinci dəfə ailə quran həmkarı Gülnarə Məmmədovanı müdafiə edib.

Axşam.az-ın məlumatına görə, o, aparıcının ünvanına sosial şəbəkədə yazılan təhqirlərə sərt reaksiya verib:

“Bir xanım teleaparıcı həmkarım ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt etsin, oğullu-qızlı olsun, layiqdir. Bu xanımın xınayaxdı mərasimi olub və oradan şəkillər paylaşıb. Bir sıra xəbər saytlarında bu haqda yayımlanan məqalələrin altında yazılan şərhlər məni məyus etdi. Cəmiyyətdə nə qədər murdar, çirkin, xain, xislətli məxluqlar var imiş. Birinci dəfə evliliyi alınmayan qadının sevincinə şərik olmaq əvəzinə ağızlarına gələni yazırlar: “Utanmır xınayaxdı edir”, “Kül başına, niyə başına qırmızı yaylıq atıb, məgər qızdır?”, “Əvvəllər qadınlar ikinci dəfə ərə getməyə utanardı”, “Şorla yağın fərqi qalmayıb” kimi şərhlər yazılıb. Ən acınacaqlısı isə odur ki, bunları qadınlar yazır. Sizə nə kim neçənci dəfə ərə gedir? Siz kimsiniz, ay kaftarlar, oturub insanı palçığa batırırsınız? Bir özünüzə baxın. Bəlkə də ərləriniz üzünüzə baxmağa iyrənən birisiniz. Bu qədər murdarlıq olar? Paxıllıqdan bağrınız çatlayır. Sizə görə qara çuxa geyib evin küncündə oturmalıdır? Dindirəndə hamı dindən, Allahdan, hədislərdən danışıb, gözlərinin qorasını axıdır. Xanım Xədicədən artıqsız? Namusu pərdə ilə ölçən, gerizəkalılar. Hamınız bala böyüdürsünüz. Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın. Bir az insanlığınız olsun. Başqasının xoşbəxtliyinə paxıllıq etməyin. Heç kəs ikinci şansdan məhrum olmamalıdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:00 Xoşqədəm Hidayətqızı virtual saxtakarlara sərt reaksiya verdi ANS TV-də yayımlanan "Axtarıram səni" və "Sən tək deyilsən" telelayihələrin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə adına açılan saxta profillərdən təngə gəlib. ANS PRESS-in məlumatına görə, səbr kasası daşan jurnalist saxtakarlara elə sosial şəbəkədə sərt reaksiya verib:
08:59 Aytən Səfərova son nöqtəni qoydu Bir müddətdir efirdə görünməyən ANS TV-nin sevilən aparıcısı Ayətn Səfərova bu səhər yenidən tamaşaçılarını salamlayıb. Tanınmış aparıcı bəzi KİV-lərdə barəsində yayılmış həqiqəti əks etdirməyən xəbərlərə də aydınlıq gətirib. Səhhətindəki nasazlığa görə bir müddət istirahət etdiyini deyən Aytən
08:17 Aytən Səfərovadan şayiələrə cavab: "Hamiləyəm" “Salam, Azərbaycan!” verilişinin aparıcısı və layihə rəhbəri Aytən Səfərova Publika.az-a açıqlamasında verilişdən kənarlaşması haqda yayılan məlumatlara aydınlıq gətirib. O, gərgin iş rejimindən yorulduğu və istirahətə ehtiyac duyduğu üçün bülletenə çıxdığını bildirib: “İkinci dəfə ana olmağa
22:23 Elgiz ilk dəfə toyundan danışdı- “Evləndiyim xanım tamaşaçım olub” Elgiz Əkbər ilk dəfə toy xəbərindən danışıb. Teleaparıcı “Şəbəkə” verilişinə açıqlamasında daimi izləyicisi olan xanımla ailə quracağını bildirib: “Heç vaxt şəxsi həyatımla bağlı gündəmə gəlmək istəməmişəm. Ona görə də toyum haqda danışmaq istəmirdim. Artıq xəbər yayılıb, insanlar məni təbrik
08:33 Azərbaycanlı aparıcının qalmaqallı fotoları yayıldı (VİDEO) "Şəxsi həyatımla bağlı danışmağı xoşlamasam da, danışmalıyam" ANS TV-də yayımlanan "A-dan Z-yə" verilişinin aparıcısı Zaur Nəbioğlunun maraqlı şəkilləri yayılıb. Şəkillərdə aparıcının yanında gəlinlikdə olan bir xanım və Zaurun o xanıma baxışları diqqətdən qaçmır. Bu şəkillərdə xanımın kimliyi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az