t s

» » Şabranda təbiətə ziyan vuran şəxslər saxlanılıb

Şabranda təbiətə ziyan vuran şəxslər saxlanılıb

2-02-2021, 11:57 Yazar:  Samir Baxılıb: 76 Çap et
Şabranda təbiətə ziyan vuran şəxslər saxlanılıb
Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən R.Əmrullayev, S.Ağayev, H.Quliyev və Q.İsmiyev saxlanılıblar.

Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər meşə massivində yetişən yaş gövdəli fıstıq ağaclarını kəsərək, R.Əmrullayevə məxsus “Zil 131” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:04 Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna qarşı sensasion ittiham “CƏNAB NAZİR, BƏS OĞUZ MEŞƏLƏRİNDƏKİ ƏLİBALTALI “İŞĞALÇILARI KİM CƏZALANDIRMALIDIR?” Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə ünvanlı müraciətinin bir surətini də “Təzadlar”a göndərib. Müvafiq
20:11 Nəsiminin 650 illik yubileyi münasibətilə Goranboyda minlərlə ağac əkilib 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
15:44 Bir gündə 650 min ağac əkək: Azərbaycanın “Qərb qapısı” sayılan Qazaxdan FOTOREPORTAJ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü bütün ölkə vətəndaşları kimi, qazaxlılarr tərəfindən də böyük razılıqla qarşılanıb.
19:17 Prezident uşaqlarla bağlı qanun imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun 4-cü
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az