t s

» » Sadiq Əfəndiyev: "Dolların qalxması pul öhdəliklərinə necə təsir edir?"

Sadiq Əfəndiyev: "Dolların qalxması pul öhdəliklərinə necə təsir edir?"

23-02-2015, 01:15 Yazar:  Sadiq Əfəndiyev Baxılıb: 1396 Çap et
Sadiq Əfəndiyev: "Dolların qalxması pul öhdəliklərinə necə təsir edir?"

Mərkəzi Bankın məlum devalvasiya qərarı son günlər cəmiyyətdə geniş narahatçılıq yaratmışdır. Kredit təşkilatlarına və Mənzil-Tikinti Kooperativlərinə vaxtaşırı pul ödənişləri edən vətəndaşlar arasında bu narahatçılıq özünü daha çox göstərir.
Kredit təşkilatları ilə kredit münasibətlərində olan vətəndaşları ilk maraqlandıran sual onun kredit borcu kimi ödədiyi pulun köhnə yaxud yeni məzənnə ilə ödəməli olmasıdır. Burada vətəndaşlarımızı yanıldan əsas məsələ onların ABŞ dolları ilə götürdükləri kredit borclarını manatla ödəmələridir. Lakin ödəniş edən vətəndaşlar nəzərə almalıdırlar ki, burada vacib olan kredit borcunun hansı valyuta ilə ödənilməsi yox, kredit müqaviləsinin predmetinin hansı valyutada ifadə olunmasındadır. Başqa sözlə, ödəniş vasitəsi müqavilənin predmeti ilə eyniləşdirilməməlidir. Predmeti xarici valyutada (məsələn ABŞ dollarında) ifadə olunmuş kredit müqaviləsi üzrə ödənişin manatla aparılması sadəcə qanunvericiliyin tələbindən irəli gələn məsələdir. Belə ki, AR Konstitusiyasının 18-ci maddəsinə görə AR-nın ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Beləliklə də kredit təşkilatından ABŞ dolları ilə kredit götürüb manatla ödəniş edən vətəndaş ABŞ dollarının məzənnəsinin artması halında məzənnəyə uyğun ödənişini davam etdirəcəkdir.
Bununla bağlı bir şeyi nəzərə almaq lazımdır ki, AR Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri (pul ödənişi edən və ya ödənişi alan) xarici fiziki və ya hüquqi şəxsdirsə qanunla qadağan edilmədiyi hallarda tərəflər pul öhdəliklərini xarici valyuta ilə müəyyənləşdirə bilərlər. Bu o deməkdir ki, yerli hüquqi və fiziki şəxslər xarici valyuta ilə ifadə olunmuş müqavilələr bağlaya bilməzlər. Əks təqdirdə maraqlı tərəf müqavilənin etibarsızlığı barədə məhkəmə qaydasında tələb irəli sürüb müqaviləni etibarsız hesab etdirə bilər.
Bundan başqa ola bilər ki, vaxtaşırı ödənilməli olan pul öhdəliyi ilə bağlı müqavilənin predmeti milli valyuta ilə, yəni manatla göstərilmiş olsun, manatın məzənnəsinin ABŞ dollarına münasibətdə aşağı düşməsi ilə əlaqədar ödənişi qəbul edən kreditor (Məsələn, Mənzil-Tikinti Kooperativi) məzənnə fərqini ödənişlərin üzərinə hesablasın. Bu halda yaxşı olar ki, ödəniş etməyə hazırlaşan şəxs müqavilə şərtlərinə nəzər salsın. Əgər müqavilədə manatın məsələn, ABŞ dollarına nəzərən inflyasiyası və devalvasiyası halında kreditorun ödənişlərə müvafiq fərqi əlavə etmək hüququ nəzərdə tutulmuşdursa, ödənişlər həmin fərq üzərinə gəlinməklə ödəniləcək, yox əgər, müqavilədə belə bir şərt nəzərdə tutulmamışdırsa, baş vermiş inflyasiya və ya devalvasiya ödənişin məbləğinə təsir etməyəcəkdir. Yəni ödənişlər köhnə qaydada davam edəcəkdir. Belə ki, bu məsələni tənzimləyən Mülki Məcəllənin 439.7-ci maddəsi ödənişlər zamanı məzənnənin nəzərə alınıb alınmamasını dispozitiv qaydada tərəflərin öhdəsinə buraxmışdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:37 Tanınmış vəkil kredit götürənləri sakitləşdirdi - AÇIQLAMA Mediaxeberleri.az xəbər verir ki, FaktXəbər-in məlumatına görə, bu gün manatın məzənnəsinin düşməsi ilə əlaqədar banklardan kredit götürən vətəndaşlar arasında ciddi çaşqınlıq yaranıb. Bununla əlaqədar olaraq hüquqşünas Anar Qasımlı qanunun mövcud maddələri açıqlayıb. Hüquqşünasın məqaləsini təqdim
21:40 Kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır? Tarixə “Qara şənbə” kimi düşəcək 21 Fevral 2015-ci il tarixində Mərkəzi Bankın qərarı ilə Manatın Dollar və Avro daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşdırması dollarda banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi gündəmə gəldi. Götürülən borcun kredit götürülən
17:52 Manatın ucuzlaşmasından kimlər itirəcək? Dollarla kredit götürənlər manatla ifadədə daha çox pul ödəyəcəklər "Manatın ucuzlaşması nəticəsində banklardan rəsmi valyuta ilə kredit götürənlərin ödənişləri dollarla ifadədə aşağı düşəcək". Mediaxeberleri.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib.
15:10 “İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək” “Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarına əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi. Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın
09:21 Kredit alanda müqaviləni oxumaq nə üçün lazımdır? Bu il güzəştli ipoteka kreditinin verilməsi üçün 50 milyon manat ayrılıb. Hazırda 22 müvəkkil bank seçilib. Manatın ucuzlaşması fonunda yaranan vəziyyət bir çox vətəndaşların narahatçılığına səbəb olub. Bəzi vətəndaşları düşündürən odur ki, bundan sonra dövlət hesabına verilən güzəştli ipoteka

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az