t s

» » “Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı

“Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandı

12-08-2015, 22:53 Yazar:  Aysel Baxılıb: 605 Çap et
“Qarabağ” və “Qəbələ”nin oyunlarının vaxtı açıqlandıUEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Ağdam, Azərbaycan) komandaları arasındakı ilk oyunun başlama saatı müəyyənləşib.

Mediaxeberleri.az UEFA-nın saytına istinadla xəbər verir ki, Berndə “Stad de Syuiss” arenasında keçiriləcək ilk görüş avqustun 20-də Bakı vaxtı ilə 23:00-da (yerli vaxtla 20:00) başlayacaq. Azərbaycan çempionunun “Yanq Boyz” ilə cavab qarşılaşması isə avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Artıq bu oyunun biletləri İsveçrədə satışa çıxarılıb.

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində digər təmsilçimiz “Qəbələ” komandası Yunanıstanın “Panatinaikos” klubunu avqustun 20-də qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.

“Qəbələ” komandasının “Panatinaikos” ilə cavab görüşü isə avqustun 27-də Afinanın 16 min tamaşaçı yerlik “Apostolos Nikolaidis” stadionunda keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 “Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olub. “Qarabağ”ın rəqibi “Yanq Boys” (İsveçrə) , “Qəbələ”nin isə “Panatinaikos”dur (Yunanıstan). Avropa Liqası Pley-off
16:14 UEFA Çempionlar Liqasında pley-offun cütləri müəyyənləşib İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az xəbər verir ki, keçirilən püşkatmaya qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub qatılıb. Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun
15:19 “Qarabağ”la “Qəbələ” rəqiblərini gözləyir - Bu gün püşkatmadır Bu gün UEFA Avropa Liqasının “play-off” mərhələsi üçün püşk atılacaq. Bu mərhələdə ölkəmizi təmsil edən “Qəbələ” və “Qarabağ”da rəqiblərini tanıyacaq. İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtilə saat 16:00-da başlayacaq. Səbətlər isə aşağıdakı kimidir: Səpələnmişlər
08:00 UEFA Qarabağ - Seltik matçı ilə bağlı yekun qərarını açıqladı UEFA Azərbaycan çempionu "Qarabağ"la Şotlandiya "Seltik"i arasında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab matçının stadionunu təsdiqləyib. Mediaxeberleri.az xəbər verir ki, matç öncədən planlaşdırıldığı kimi, Tofiq Bəhramov adına Respublika stadionunda baş
13:42 Bakı Olimpiya Stadionunda keçiriləcək ilk futbol matçı müəyyənləşdi AFFA məlumat yaydı. Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya oyununun təşkil olunacağı stadion müəyyənləşib. AFFA-dan Mediaxeberleri.az-a verilən məlumata görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Qeyd edək ki, Azərbaycan-İtaliya qarşılaşması Olimpiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az