t s

» » Böyrəkləri duzlardan təmizləyir - Noxudun faydaları

Böyrəkləri duzlardan təmizləyir - Noxudun faydaları

23-02-2015, 00:59 Yazar:  Aygün Baxılıb: 1045 Çap et
Böyrəkləri duzlardan təmizləyir - Noxudun faydalarıNoxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.

Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.

Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir.

Noxud güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.

Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır.

Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən noxudun daim qəbulu böyrəklərə çox müsbət təsir edir - böyrəkləri duzlardan, qumdan təmizləyir, böyrək daşı xəstəliyinin inkişafının riskini xeyli azaldır.

Noxud antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi xəsrçəng xəstəliklərinin inkişafından qoruyur. Amerika alimlərinin araşdırmalarına əsasən, paxlalıların (noxud, lobya, soya) daim qəbulu xərçəng xəstəliklərinin və aterosklerozun inkişafının riskini xeyli azaldır.

Noxud bağırsaqlar üçün də faydalıdır. Noxud bağırsaqları burada yığılan şlaklardan, toksinlərdən, digər ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xroniki qəbizliklə mübarizədə yaxşı kömək edir.

Noxud qurdqovucu təsirinə malikdir.

Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.

Noxud dəriyə də çox müsbət təsir edir - cavanlaşdırır, sızanaqlar, civzələr və s.-dən təmizləyir. Bunun üçün noxudu üyüdmək və bir qədər su (yağlı dəri zamanı) və ya zeytun, çaytıkanı, badam və s. yağı ilə (quru dəri zamanı) qarışdırıb üz dərisinə çəkmək və 15-20 dəqiqədən sonra yumaq lazımdır.

Bildiyimiz kimi, noxud köpə səbəb olur. Bu səbəbdən noxudu az miqdarda qəbul etmək daha yaxşıdır. Bişirdikdən əvvəl noxudu yaxşı yumaq, bişirdikdən sonra isə üzərində olan nazik qabığı təmizləmək lazımdır. Bu noxudun köpdürücü xüsusiyyətlərini azaldır.

Podaqra, xolesistit, mədə xorası və bəzi digər xəstəliklər zamanı noxudun qəbulu arzuolunmaz sayılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:37 Fevralın 23-nə olan astroloji proqnoz Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç - mühüm işə başlamayın, ciddi layihələr barədə düşünməyin. Başladığınız işləri bitirin. Aldığınız təklifləri dəyərləndirin. Düşünülməmiş, tələsik addımlar atmayın.
15:29 Nar şirəsi ömrü uzadır Nar şirəsinin faydası hələ keçmiş zamanlardan məlumdur. Qədim dövrlərdə tərkibini, xüsusiyyətlərini bilməsələr də müsbət təsirini görür və qiymətləndirirdilər. Müasir təbabət narın orqanizmə təsirini daha əsaslı şəkildə öyrənmiş və qiymətləndirmişdir. Belə ki, tərkibindəki vitamin kompleksi və
01:43 Menstruasiya sancısı haqqında bilmədikləriniz Araşdırmalar qadınların təxminən 60 faizindən çoxunda menstruasiya dövrünün çox ağrılı keçdiyini ortaya çıxarıb. Ağrının səbəbi menstruasiya dövründə uşaqlığın büzülməsindən və sıxılmasından dolayı uşaqlıqda qan dövranının zəifləməsi və oksigenin azalmasıdır. Türkiyəli ginekoloq Esra Can Çətin
18:12 Abort eşqinə pul qazanan həkimlər - Gizli cinayət - Abort cəzası - 200 manat, 6 ay və ya 5 il Ölkədə abort yolu ilə “körpə qətli” davam edir. Təəssüf ki, məsələ ilə bağlı vəziyyətdə ötən illərlə müqayisədə hər hansı düşüncə dəyişikliyi hiss edilmir. Çox qadın arzuolunmaz hamiləlik və ailə planlaşdırması barədə məlumatsızlıq ucbatından ginekoloqla məsələni həll etməyə can atır. Sözsüz, abort

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az