t s

» » İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub

27-01-2021, 09:30 Yazar:  Samir Baxılıb: 114 Çap et
İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Molla Vəli Vidadi küçəsində olub
Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Qazaxda ən böyük layihələrdən biri - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eyni zamanda Azadlıq, Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində abadlıq işləri aparılıb. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq, Əminə Dilbazi, Murtuz Carçıyev küçələrinə isə yeni asfalt örtüyü vurulub. Küçələrdə elektrik, rabitə, qaz xətləri səliqəyə salınıb.

Bu gün Qazaxda su və kanalizasiya sisteminin çəkilişi başa çatan Molla Vəli Vidadi küçəsinə də yeni asfalt örtüyü vurulub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin küçədə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da uğurla davam etdirilməsi, son illər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər.

Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:27 "Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY Xidmətdən tərxis olunan könüllü iş tapa bilməməsindən şikayətçidir. Kürdəmir rayon Qarasu kənd sakini Fəxri Abdulrəhmanov Gözətçiyə iş tapa bilməməsi ilə əlaqədar şikayətini bildirib.O,qeyd edir ki: Könüllü olaraq 7 oktyabr 2020-ci il tarixində Kürdəmir rayon Hərbi Səfərbərlik və Çağırış Xidməti
16:29 Sahil Babayev 78 rayonun məşğulluq mərkəzini birləşdirdi - YENİ TƏYİNATLAR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində struktur islahatları aparılıb. Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkzələri ləğv olunaraq 22 ərazi üzrə yeni
09:10 Ucar rayon Məşğulluq Mərkəzinin rəhbəri bizi təhqir edir, alçaldır - rayondan kütləvi ŞİKAYƏT “Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir əsas və səbəb olmadan vətəndaşlara qarşı kobud hərəkətlər edir, təhqir edir, insanları alçaldır, hətta vətəndaşlara zor tətbiq etməkdən belə çəkinmir”. Bu barədə bir qrup Ucar sakini
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
18:04 Vəli Ələsgərovun işgəncəsinin daha bir qurbanı qəzetlərə üz tutdu Naxçıvan şəhərində anadan olmuş, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlu "Hürriyyət" qəzetinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun onun başına gətirdiyi haqsızlıqlardan və özünə qarşı edilən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az