t s

» » "Bu layihə geniş ixracat imkanları açır" - Prezident

"Bu layihə geniş ixracat imkanları açır" - Prezident

21-01-2021, 16:10 Yazar:  Samir Baxılıb: 34 Çap et
"Bu layihə geniş ixracat imkanları açır" - Prezident
"Son illər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər çox müsbət məcrada inkişaf edir".

Mediaxeberleri.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə bildirib.

“Elə yüksək səviyyədə qarşılıqlı səfərlərin cədvəlinə nəzər salmaq kifayətdir. Son 3 ildə iki ölkə prezidentlərinin 5 qarşılıqlı səfərini görürük. Bu səfərlər çərçivəsində 50-dən artıq sənəd imzalanıb. Tarix boyu bütövlükdə imzalanmış 100-dən artıq sənədin yarısı son üç ilin payına düşür. Sevindirici haldır ki, bu sənədlərin hamısı icra olunur. Bu gün imzaladığımız sənəd Xəzərin karbohidrogen sərvətlərinin istifadəsində yeni səhifə açaraq həm ölkələrimizin, həm də qonşularımızın enerji təhlükəsizliyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu layihə həm də geniş ixracat imkanları açır”, - dövlət başçısı vurğulayıb.(Report)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:01 Hikmət Hacıyev: “İlham Əliyevin İtaliyaya dövlət səfərini tarixi səfər adlandıra bilərik” Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik: -
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az