t s

» » Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

10-08-2015, 07:25 Yazar:  Aysel Baxılıb: 406 Çap et
Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandıOlimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.


Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.

Kişilər arasında dairəvi səngər stend atıcılığı üzrə keçirilən yarışlarda 108 idmançı mükafat uğrunda mübarizə aparıb. İkiqat olimpiya çempionu Vincent Hankok (ABŞ) birinci, Sebastian Kuntşik (Avstiya) ikinci, Qabriele Rossetti (İtaliya) üçüncü yeri tutub. İlk iki yeri tutan idmançılar gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. İdmançılara medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber təqdim edib.

Olimpiya və dünya çempionlarının iştirak etdiyi bu yarışda Azərbaycanı təmsil edən Emin Cəfərov 28-ci, Niyaz Ağazadə 64-cü, Paşa Əhədpur 88-ci yeri tutub. Dünya kuboku yarışlarında Olimpiya Oyunları zamanı medal qazanmış 50-dən çox idmançı iştirak edir. Həmçinin atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdır. Burada elə idmançılar var ki, 3 və ya 4 dəfə Olimpiya çempionu olublar. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-dək ölkədən 2 minə yaxın idmançı iştirak edir. Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparırlar. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Xatırladaq ki, avqustun 10-da qadınlar arasında tapançadan 10 və 25 metr məsafəyə, kişilər arasında isə 50 metr məsafəyə atəş açma yarışları keçiriləcək. Yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edəcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:21 Bu gün Avropa Oyunları start götürür (VİDEO) Bakı-2015-də 20 idman növü üzrə yarışlar keçiriləcək 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək. Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən
08:02 Jukov: Bakıya ən güclü idmançılarımız gedir “Rusiyanın şərəfini olimpiya və dünya çempionları qoruyacaqlar”. Rusiya Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında ən yüksək nəticə uğrunda mübarizə aparacaq və Yay Olimpiya Oyunlarına maksimum lisenziya almağa çalışacaq. Mediaxeberleri.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə
15:37 İdmançımız dünya rekordunu yenilədi Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə beynəlxalq turnir davam edir. Mediaxeberleri.az Region TV-yə istinadən xəbər verir ki, yarışın ikinci günündə də azərbaycanlı idmançılar uğurla çıxış ediblər. Qəbələdə olimpiya atıcılıq növləri üzrə II
00:23 Azərbaycan milli komandası 2-ci yeri tutdu Rusiyanın Kirov şəhərində 6-8 mart 2015-ci il tarixlərində keçirilmiş sürət üzrə Buzadırmanma üzrə Dünya Çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan
21:30 İdmançımız qızıl medal qazandı - Dünya kuboku Gəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə müxtəlif səviyyəli yarışlarda uğurları sıralamaqda davam edir. Qasımovun növbəti xoş sorağı Macarıstandan gəlib. Yığmanın heyətində yer alan paralimpiyaçı Eyger şəhərində keçirilən Dünya Kubokunda qızıl medala layiq görülüb. Ramil çıxış etdiyi 73 kq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az