Bəzi kütləvi informasiya vasitələri tanınmış ictimai–siyasi xadim, tarix elmləri doktoru, professor Əli Həsənov ilə bağlı “Report” İA-nın hazırladığı materialı kütləvi şəkildə tirajlamışlar.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə professor Əli Həsənov özünün facebook səhifəsində yazaraq izləyiciləri ilə bölüşüb.
Hörmətli səhifə izləyiciləri! Bir qədər əvvəl Azərbaycanın bütün xəbər saytları “Report” İA-nın hazırladığı və faktiki olaraq heç bir içtimai yükü olmayan, lakin mənim adımı xüsusi qeyd edərək, məlumata sensasiyalı bir yük verdiyi materialı kütləvi şəkildə tirajlamışlar. Əslində, bu materialda Vergilər Nazirliyinin yaydığı adi bir elandan başqa heç nə yoxdur. Nazirliyin öz xətti ilə xidməti məlumat kimi yaydığı həmin elanda söhbət ayrı-ayrı vaxtlarda mənə yaxın şəxslər tərəfindən qeydiyyatdan keçirilmiş və heç bir fəaliyyəti olmayan strukturların, hazırda bağlanması haqqında müraciətindən gedir.
Öz şərhini bildir: