Qazaxda ikimərtəbəli ev yandı
13-01-2021, 21:09
Yazar: Samir
Baxılıb: 59
Çap et
Qazaxda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.mediaxeberleri.az
Öz şərhini bildir: