t s

» » Xalq artistinin mirası üstündə dava gedir

Xalq artistinin mirası üstündə dava gedir

13-01-2021, 18:46 Yazar:  Samir Baxılıb: 84 Çap et
Xalq artistinin mirası üstündə dava gedirMərhum Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb.

Mediaxeberleri.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, aktrisanın qohumları onun mirasından pay istəyir.

Verilişə S.İbrahimovanın qardaşı qızı Könül də qatılıb. O bildirib ki, bibisi vəsiyyətnamə yazıb və mirasını ona qoyub:

"Qohumlar indi düşüb üstümə ki, nə vaxt baxdın ona? Bibim xəstə olanda hamısını çağırdım ki, gəlin görün. Heç biri gəlmədi. Bibim onları görmək istəyirdi. Allah şahiddir ki, onun hər şeyinə özüm baxmışam. 24 saat gücüm çatanı etmişəm. Bibim mənə ana əvəzi olub. Onun ölümünü atama bildirmək istəmirdik. Amma hiss etdi. Onlara bir evdə baxırdım. Bütün günü otururdular, söhbət edirdilər.

Qohumlar öləndə heç onu götürməyə gəlmədilər. Öləndən sonra bibim dəbə düşüb. Bibim sağ olanda qohumlar deyirdi ki, sən ona qulluq edib, üzümüzü ağ edirsən. Amma indi hamısı düşmən olub.

Atam həyət evində yaşayırdı. Kapriz edirdi ki, evimi istəyirəm. Oturub ağlayırdım ki, bibimi apara bilmirəm, məcbur qalmalıyam. İki övladım da hərbçi idi. Bilmirdim onları düşünüm, yoxsa bibimlə atamı".

Qeyd edək ki, S.İbrahimovadan sonra qardaşı da dünyasını dəyişib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:15 Prezident bir qrup incəsənət xadiminə mükafat verdi - SƏRƏNCAM Prezident İlham Əliyev İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Mediaxeberleri.az məlumat yayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası
14:35 Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY Könül Quliyeva 4 ildir məhkəmələrdə qanuni hüququnu müdafiə etmək üçün mübarizə aparsa da, hakimlər nəinki onun, heç üç körpəsinin hüquqlarını tanımaq istəmirlər. Belə ki, Könül Quliyevanın həyat yoldaşı Muxtar Məmmədov pulunun gücünə istədiyi kimi “at oynadır”. Bu ailənin dramı dəhşət saçır.
21:17 İlham Əliyev 6 sərəncam imzaladı Prezident İlham Əliyev R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
21:23 Hamı yığılır, vəsiyyətnamə ucadan oxunur və... Miras, vəsiyyətnamə barədə bilmədiklərimiz, hüquqi prosedurlar və daha nələr... Son günlər hamı bu mövzuda danışır: İlhamə Quliyevanın vəsiyyətnaməsi... Mərhum sənətçi ölümündən əvvəl onu hazırlayıb və indi ortada ciddi qalmaqal var. İddiaçı tərəflər, gözlənilən məhkəmə işləri, qarşılıqlı
20:04 Prezident incəsənət xadimlərini mükafatlandırdı - SİYAHI Dövlət başçısı sərəncam imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev incəsənət xadimlərinə prezidentin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan prezidentinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az