t s

» » Cənubi Xorasan əyalətindən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldu

Cənubi Xorasan əyalətindən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyuldu

13-01-2021, 18:08 Yazar:  Samir Baxılıb: 50 Çap et
Cənubi Xorasan əyalətindən Azərbaycana quş ətinin gətirilməsinə qadağa qoyulduAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İranın Cənubi Xorasan (South Khorasan) əyalətinin ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İranın Cənubi Xorasan əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İrandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:38 DGK anlaşılmazlıqlara səbəb olan qərara aydınlıq gətirdi Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
13:13 Diri heyvan və heyvan mənşəli məhsulların Azərbaycana idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən xəbərə görə, xəstəliyin ləğv edilməsindən
16:45 Ukraynanın bəzi ərazilərindən quşçuluq məhsullarının idxalına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən Ukraynanın yüksək patogen quş qripi xəstəliyi qeydə alınan ərazilərində aparılan epizootiya əleyhinə tədbirlər nəticəsində yüksək patogen quş qripi xəstəliyinin yeni alovlanmaları qeydə alınmayıb. Bununla da, Ukraynadan Avropa Birliyi
12:20 AQTA-dan koronavirusla bağlı AÇIQLAMA Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq
10:38 Damazlıq heyvan idxalçılarına xəbərdarlıq edildi Son illər damazlıq heyvandarlığa marağın yüksəlməsi bu sahədə, xüsusilə idxal prosesi zamanı bir sıra prosedurlara ciddi əməl olunması zərurətini meydana çıxarıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin damazlıq heyvan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az