t s

» » Ermənistan növbəti cinayətə əl atır

Ermənistan növbəti cinayətə əl atır

13-01-2021, 18:01 Yazar:  Samir Baxılıb: 68 Çap et
Ermənistan növbəti cinayətə əl atırErmənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Belə ki, müharibəöncəsi və müharibə dövründə Azərbaycanın Mingəçevir SES-i vurmaqla hədələyən Ermənistan bu dəfə radioaktiv tullantıları beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyalara zidd olaraq hərbi məqsədlər üçün istifadə etmək məsələsini gözdən keçirir.

Ermənistan AES-in fəaliyyəti dönəmində yetərincə böyük miqdarda radioaktiv tullantı, eləcə də “istehsal tullantıları” kimi təsnif edilməyən radioaktiv yanacaq meydana gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan yanvarın 12-də Ermənistan parlamentində Regional Məsələlər və Avrasiya İnteqrasiyası məsələsi üzrə Komissiyanın daimi iclasında komissiya sədri Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyanın bu tullantıların hərbi məqsədlər üçün istifadəsi ehtimalı ilə bağlı sualını cavablandırarkən danışıb.

M.Melkumyan Ermənistan atom elektrik stansiyasının fəaliyyətindən sonra qalan radioaktiv tullantıların, məsələn, ölkənin müdafiə gücləndirmək baxımından hərbi məqsədlər üçün istifadə edilə bilib-bilməyəcəyini soruşub:

“Onları zənginləşdirməyə başlaya bilərikmi? Şansımız varmı? Bunun üçün müvafiq texnoloji səviyyəni təmin edə bilərikmi?”.

Deputatın sualına cavab olaraq nazir müavini izah edib ki, bu halda yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar:

“Bəli, nəzəri olaraq həmişə mümkündür. Ancaq bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonyum atom bombası yaratmaq üçün əsas elementdir və uran yandıqda əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji nailiyyətlərdən istifadə etməliyik – deyə bilmərəm, çünki hansı texnoloji mərhələ və proseslərdən keçməyin lazım olduğunu bilmirəm”.

Bununla belə, A.Vardanyan qeyd olunmuş məqsədə çatmaq üçün Ermənistanın bu kimi texnoloji sıçrayışı gerçəkləşdirə bilib-bilməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib. Nazir müavini vurğulayıb ki, qarşısına bu cür iddialı hədəflər qoyan bir ölkənin müvafiq infrastrukturu və böyük elmi mərkəzləri olmalıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:45 "Elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik" - Prezident İlham Əliyev Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Qeyd edək ki, bu gün Prezident İlham
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:07 Mart ayının ən şanslı bürcləri, işiniz yağ kimi gedəcək... QOÇ Mart ayı üçün şərh... Mart 2019-in ilk hissəsi Qoç üçün ehtiraslı və sürprizlərlə dolu olmağı vəd edir. Həm Mars həm də Venera Qoç bürcündə olacaq: Venera eşq və başdan çıxarma planeti və Mars arzu və fəth planetidir. Mars-Venera kombinasiyası, bu potensialdan istifadə edərək erotik
07:47 Azərbaycan Ermənistan AES-i bağlatmaq üçün hərəkətə keçdi Beynəlxalq quruma rəsmi müraciət ünvanlanıb təhlükə zonasında olan ölkələr də prosesə qoşula bilərlər Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının region üçün törətdiyi təhlükə davam etməkdədir. Azərbaycan, Türkiyə və Gürcüstanı daim təhdid altında saxlayan və istismar müddəti
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az