t s

» » İcra başçısı Qarabağ qazisini evində ziyarət etdi

İcra başçısı Qarabağ qazisini evində ziyarət etdi

13-01-2021, 17:59 Yazar:  Samir Baxılıb: 61 Çap et
İcra başçısı Qarabağ qazisini evində ziyarət etdiSuraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur.

Mediaxeberleri.az xəbər verir ki, yanvarın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və RİHBA-nın əməkdaşları növbəti dəfə Vətən müharibəsində böyük şücaət nümayiş etdirərək yaralanan hərbiçimiz mayor Şükürov Mənsur Vidadi oğluna baş çəkərək onun səhhəti və problemləri ilə maraqlanıblar.

Hərbiçimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak etdiyini bildirərək, Ali Baş Komandanın uzaqgörən siyasəti və Azərbaycanın müzəffər Ordusunun döyüş meydanında apardığı uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. O, bütün yaralı döyüşçülərə Allahdan şəfa, şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyib.

Qeyd edək ki, Mənsur Şükürov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
18:28 44 günlük Vətən müharibəsində təltif olunan Qazax mahalının qəhrəmanları Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Dekabrın 10-da “Azadlıq”
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az