t s

» » Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu

Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu

13-01-2021, 16:50 Yazar:  Samir Baxılıb: 104 Çap et
Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu44 günlük İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizdən biri də 24 yaşlı Muradov Nadir Əhməd oğludur.

Əslən Göygöl rayonundan olan Nadir Muradov müharibənin ilk günlərindən ön cəbhəyə yollanan qəhrəmanlardan olub.

Şəhidin qardaşı Əbil Muradov Mediaxeberleri.az-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, qardaşı ilə sonuncu dəfə elə sentyabr ayında danışıblar:

“Müharibə başlayanda qardaşım mənə dedi ki, döyüşə gedir. Təkcə Murov dağı istiqamətinə hərəkət edən dəstələrin içərisində olduğunu bildim. Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Biz müharibə dövründə qardaşımla əlaqə saxlaya bilmədik”.

İlk olaraq itkin olduğu deyilən çavuş Nadir Muradovun şəhid olması xəbərini ailəsinə komandirləri və əsgər yoldaşları veriblər:

“Biz onu itkin bilirdik, axtarırdıq. Amma siyahıda adı yox idi. Sonradan bildik ki, minaya düşərək şəhid olub. Atamı çağırdılar və qardaşımın nəşinin təyin edilməsi üçün DNT testi verdik. Ötən gün qardaşımı Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırdıq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
18:28 44 günlük Vətən müharibəsində təltif olunan Qazax mahalının qəhrəmanları Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Dekabrın 10-da “Azadlıq”
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
13:00 Elşən Əlisoy - Qüruru sınmış Murov dağı Kəlbəcərin işğalı əzəmətli Murov dağını sanki kiçilti. Ağ saçlı Murov qüssədən beli bükülmüş bir qocaya bənzədi. Elin gözəl qızları üçün sinəsində ətirli çiçəklər bitirən Murovun sinəsini kol-kos bürüdü. Zirvələrdən elin igidlərini seyr edib əzəmətləşən Murov, vətənini yadlara verib qaçanları

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az