t s

» » Prezidentin fərmanı media sahəsində nəyi dəyişəcək?

Prezidentin fərmanı media sahəsində nəyi dəyişəcək?

13-01-2021, 16:34 Yazar:  Samir Baxılıb: 44 Çap et
Prezidentin fərmanı media sahəsində nəyi dəyişəcək?“İstər koronavirusa qarşı mübarizə tədbirlərinin təbliğində, istərsə də 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fədakarlığa görə media dövlətin diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanlarına, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycan reallıqlarının təbliği baxımından zəngin mənbə kimi dəyərləndirildi.”

Mediaxeberleri.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib. KİV-ə açıqlamasında bildirib. Medianın İnkişafı Agentliyinin yaradılması haqda qərarı şərh edən baş reedaktor qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir: “Bu gün Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir.

Məhz son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi mətbuatın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan irəli gəlir.

İnternet jurnalistikası inkişaf edir. Statistikaya müraciət etsək, görərik ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır. Bu statistik rəqəmlər Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olmasının təsdiqidir.

Birmənalı qeyd etmək olar ki, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Həyatımızın bu sahəsində müəyyənləşdirilən kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:33 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib Sentyabrın 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin iştirakçısı olan yerli və xarici
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az