t s

» » Qarabağın Ermənistana vurduğu zərbə - Fevraldan etibarən...

Qarabağın Ermənistana vurduğu zərbə - Fevraldan etibarən...

13-01-2021, 10:24 Yazar:  Samir Baxılıb: 40 Çap et
Qarabağın Ermənistana vurduğu zərbə - Fevraldan etibarən...
Ermənistanda elektrik enerjisinin qiyməti artacaq.

Bu barədə Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan bildirib.

Onun sözlərinə görə, Qarabağdan gələn elektrik enerjisindən məhrum olan Ermənistan enerji qıtlığı ilə üzləşəcək. Üstəlik, 2021-ci ildə atom elektrik stansiyasında əsaslı təmir işləri aparılmalıdır. Bu da daha az elektrik enerjisi istehsalı deməkdir.

Beləliklə, bu boşluğu doldurmaq üçün istilik stansiyaları daha bahalı enerji təmin etməlidir: “Müharibədən əvvəl Qarabağ ildə 800-850 milyon kilovat-saat enerji idxal edirdi, indi bu yoxdur. Ermənistan Qarabağdan ucuz elektrik enerjisi idxal edə bilməyəcək (2020-ci ildə idxal həcmi 330 milyon kilovat-saat olub). Bunun əvəzinə istilik elektrik stansiyalarında daha bahalı elektrik enerjisi istehsalını artırmaq məcburiyyətində qalacaq. Onların köməyi ilə bu il 140 gün ərzində tam və ya qismən təmirdə olacaq atom elektrik stansiyasında yaranacaq elektrik çatışmazlığını örtmək lazımdır.

İstilik elektrik stansiyalarında maya dəyəri də böyüyüb, çünki 2020-ci ilin iyulundan etibarən iri müəssisələr üçün qaz tarifləri (təxminən 6%) artıb, bu da erməni dramına qarşı 7-8% bahalaşan dolların məzənnəsinə bağlıdır”.

Beləliklə, Ermənistanda 1 fevraldan etibarən ayda 400 kilovat-saatdan çox elektrik enerjisi istehlak edən hər kəs üçün tarif kilovat-saatda 3 dram (7-10%) artacaq.

Qeyd edək ki, Ermənistan Qarabağda ümumi gücü 187,5 meqavat olan 36 su elektrik stansiyasını işlədirdi. Bunlardan ən böyüyü 50 meqavat gücündə olan Sərsəng SES idi.Publika.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:45 "Elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik" - Prezident İlham Əliyev Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Qeyd edək ki, bu gün Prezident İlham
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az