t s

» » “YouTube” Trampın hesabını dondurdu

“YouTube” Trampın hesabını dondurdu

13-01-2021, 10:12 Yazar:  Samir Baxılıb: 28 Çap et
“YouTube” Trampın hesabını dondurdu
“YouTube” video xidməti ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.

“Report” xəbər verir ki, bu barədə CNN videohostinqin təmsilçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. “YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.

Qeyd edək ki, bundan əvvəl “Twitter” və “Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun hesablarının müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.

Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarları Konqresin binasına hücum edərək parlamenti son seçkinin nəticələrinin təsdiqlənməli olduğu iclasa ara verməyə məcbur edib. Kapitoli iğtişaşları nəticəsində beş nəfər ölüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:35 Konqresdə güllələnmə, seçki böhranı... - ABŞ-da demokratiya dəfn edilir Dünya növbəti “amerikasayağı demokratiya”nı izləyir. Dünən Tramp tərəfdarlarının Konqres binasına daxil olması və polisin onlara qarşı silahlı hücumu demokratiya dəyərlərinin okeanın o tayında süquta uğradığını bir daha təsdiqlədi. Prezident seçkilərində demokratların namizədi Co Baydenin qələbəsi
13:34 Başçı getdiı, Beyləqan təhsil şefi təşvişdə – maliyyə cinayətləri Bir neçə gün qabaq Beyləqan rayon Təhsil Şöbəsi müdiri Xuraman Rüstəmova“2017-2018-ci tədris ilinin yekunlarını və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Cahan.info xəbər verir ki, X.Rüstəmova Beyləqan təhsilindəki uğurlardan danışıb, məzunların göstərdiyi nəticələrdən, tələbə
20:40 Trampın ilk ayında buraxdığı böyük səhvlər-FAKTLAR ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bir ay ötdü. Ötən 30 gün ərzində Tramp demək olar ki, medianın gündəmindən düşmədi, dünyanın diqqət mərkəzində qalmağı bacardı... Hətta Trampın andiçmə mərasimi də küçə yürüşləri, etirazlarla yadda qaldı. Lakin bütün bunlara baxmayaraq, Tramp ötən
09:23 Eldar Namazov: “Kifayət qədər mürəkkəb və təlatümlü dövr başlayır” “Trampın xarici siyasətlə bağlı bəyanatları həm dünya siyasətçilərini çaş-baş salıb” Son günlər dünya üçün bir nömrəli müzakirə mövzusu ABŞ-da Donald Tramp dövrünün başlanması, yeni administrasiyanın dünyaya və ölkəsinə nələr qazandıracağı barədədir. Azərbaycan da dünyanın bir hissəsi kimi, təbii
13:10 Azərbaycan üçün hansı yaxşıdır: Tramp, yoxsa Klinton? ABŞ-da respublikaçılar və demokratlar arasında yarış başa çatmaq üzrədir. Böyük ehtimalla Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp, Demokratlar Partiyasından isə Hillari Klinton olacaq. Bu günlərdə Azərbaycanda ən çox müzakirə olunan suallardan biri budur: Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az