t s

» » Koronavirusun mənşəyi müəyyən edildi

Koronavirusun mənşəyi müəyyən edildi

13-01-2021, 09:04 Yazar:  Samir Baxılıb: 40 Çap et
Koronavirusun mənşəyi müəyyən edildi
Böyük Britaniyanın Kembric Universiteti və Pirbrayt İnstitutunun alimləri SARS-CoV-2 virusunu insanlar üçün patogen edən əsas dəyişiklikləri müəyyənləşdiriblər.

Araşdırmalar “PLOS Biology” jurnalında dərc edilib.

Məlum olub ki, virusun yarasalardan insanlara keçməsinə imkan verən genetik uyğunlaşmalar 2003-cü ildə SARS epidemiyasına səbəb olanlara bənzəyir.


Alimlərin fikrincə, bu, virus ailəsinin mutasiyaya uğrayaraq heyvanlardan insana keçməsinin ümumi mexanizminin mövcudluğundan xəbər verir.

Mütəxəssislər SARS-CoV-2-ni ona 96 faiz bənzəyən RaTG13 virusu ilə müqayisə ediblər. Onlar virusun insan hüceyrə reseptorları ACE2 ilə bağlanmasından məsul olan S zülalının (sünbül zülalı) bölgələrini dəyişdiriblər.

Alimlərin fikrincə, tədqiqatın nəticələri SARS-CoV-2-nin S zülalındakı dəyişikliklərin tarixən meydana gəldiyini və virusun növ səddini keçməsində əsas rol oynadığını göstərir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:28 Koronavirusun mənşəyi məlum oldu Kambric Universiteti və Pirbrayt İnstitutunun (The Pirbright İnstitute) bir qrup əməkdaşı SARS-CoV-2 virusunu insan üçün təhlükəli hala gətirən əsas dəyişikliklərini üzə çıxarıblar. Mediaxeberleri.az modern.az-a istinadla xəbər verir ki, “PLOS Biology” jurnalında dərc olunmuş tədqiqata əsasən, bu
11:35 İsti hava həqiqətən Covid-19-u öldürəcəkmi? – BBC radiosunun araşdırması Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. BBC Future bu barədə bildiklərimizə nəzər salır. Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq,
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az