t s

» » “Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı”

“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı”

13-01-2021, 09:00 Yazar:  Samir Baxılıb: 39 Çap et
“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı”
“18 oktyabrda Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi bəyan etdi ki, biz məğlub oluruq, dərhal müharibəni dayandırmaq lazımdır. Amma belə bir qərar qəbul edilmədi”.

Mediaxeberleri.Az
xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş Mlkail Ambarsumyan “5-ci kanal”-a müsahibəsində bildirib. O, özünün istefası ilə bağlı məqamları açıqlayıb. Ambarsumyan bildirib ki, Müdafiə Nazirliyi ilə birgə problemlər və itikilər barədə gündəlik məruzə ediblər:



“Anlamırdım ki, nə üçün müharibə dayanmır? Biz görürdük ki, atəşkəsi saxlamaq olmur. Bəs nəyə görə müharibəni dayandırıb danışıqlara başlamırlar? Bu mənə qaranlıq qalırdı. Hakimiyyətin hədəfinin nə olması mənə aydın olmurdu. Hara gedirik? Nəyə nail olmaq istəyirik? Bütün bunlar məndə qərarımı qətiləşdirdi”.

Ambarsumyanın sözlərinə görə, Baş Qərargah rəisi Onik Qasparyan TŞ-in iclasında tez bir halda müharibənin dayandırılmasının vacibliyini bildirib.

MTX-nin sabiq direktorunun sözlərinə görə, daha sonra məlum olub ki, Rusiya prezidenti Putin də müharibəni dayandırmaq təklifi ilə bağlı Paşinyana müraciət edib: “Putin nə etmək barədə konkret təkliflər vermişdi. Bu, mahiyyətinə görə, “Lavrov planının” həyata keçirilməsi idi. Rus sülhməramlıları Dağlıq Qarabağa girirdi. Biz isə əlavə ərazilər, o cümlədən Hadrutu və Şuşanı itirməzdik. Rusiyanın təklifi nə üçün müzakirə edilməyib? Deyə bilmərəm. Bu təkliflər nə Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı, nə də cəmiyyətə məlumat verildi. Mən bu barədə istefa verdiyim gün-7 noyabrda bildim”.

Ambarsumyanın sözlərinə görə, bu suala yalnız Paşinyan cavab verə bilər.

Sabiq MTX-nin direktoru bildirib ki, Rusiyanın müharibə zamanı yardımı mühüm rol oynayıb: “Əgər Rusiyanın köməyi olmasaydı nəticələr çox pis olardı. Mən vəziyyəti bilən adam kimi bunu deyirəm”. /Azpolitika




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:25 Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir? Dekabrın 11-də Hadrut ətrafında baş verən insident, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyata Rusiya sülhməramlılarının reaksiyası və Rusiya Müdafiə Nazirliyinin “sülhməramlıların yerləşdiyi ərazinin xəritəsi”ni yeniləməsi ciddi bir problemi gün üzünə çıxartdı. Nə baş verir?
22:22 “BU DƏFƏ ONLARI TAMAMİLƏ DARMADAĞIN EDƏCƏYİK!” - İlham Əliyev Ermənistana xəbərdarlıq etdi + VİDEO (Yenilənib) “Biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”. "Report" xəbər
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az