t s

» » Tovuz və Bakıda yol qəzaları: Ölən və yaralılar var

Tovuz və Bakıda yol qəzaları: Ölən və yaralılar var

13-01-2021, 02:10 Yazar:  Samir Baxılıb: 210 Çap et
Tovuz və Bakıda yol qəzaları: Ölən və yaralılar var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda ”Shacman” markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumatına görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü İbadov Sadiq Valeh oğlunun meyiti qəza törədən nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər ağır yol-nəqliyyat hadisəsi Tovuz rayonunda baş verib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunun Azaflı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:54 Qaradağ rayonunda yük maşını dərəyə aşdı, bir nəfər öldü Qaradağ rayonunda yük maşını dərəyə aşıb. Bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil
12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az